Azərbaycan futbolunun II Liqasında çıxış edən "Sheki City" komandasının prezidenti Elgün Hüseynov 6 ay futbolla bağlı fəaliyyətdən məhrum edilib.
Shimal.News xəbər verir ki, bu barədə AFFA İntizam Komitəsi qərar qəbul edib.
Buna səbəb Elgün Hüseynovun bəzi futbolçuların sənədlərini düzgün təqdim etməməsidir.