Azərbaycan Dövlət Pedaqoji Universitetinin (ADPU) Quba filialında Xalq şairi Səməd Vurğunun 120 illik yubileyinə həsr olunmuş bədii tədbir keçirilib.
Shimal.News xəbər verir ki, tədbirdə şairin əsərləri səsləndirilib, dram əsərlərindən səhnəciklər nümayiş etdirilib.
"Bilinməyir yaşın sənin, nələr çəkmiş başın sənin..." mövzusunda təşkil olunan tədbirin bədii hissəsində tələbələr Səməd Vurğunun "Azərbaycan", "Yandırılan kitablar", "Dağlar", "Acı xatirələr" və "Düşüncələr" şeirlərini səsləndiriblər. Şairin "Fərhad və Şirin" pyesindən səhnəcik təqdim olunub, Quba Mədəniyyət İdarəsinin əməkdaşları isə "Qacarla Vaqifin qarşılaşması" səhnəciyini nümayiş etdiriblər.
Proqram çərçivəsində Seyfulla Ağayevin ifasında "Yadıma düşdü" şeiri tələbə Kamilə Ağayevanın rəqsi ilə müşayiət olunub. Aytəkin Əliyeva "Dağlar" əsərini aşıqvari üslubda ifa edib. Həmçinin Ümummilli Lider Heydər Əliyevin Səməd Vurğunla bağlı xatirələrini bölüşdüyü videoçarx nümayiş etdirilib.
Tədbirin sonunda rəssam Əziz Əsgərovun təqdimatında "Xalq şairi Səməd Vurğun" adlı portret nümayiş olunub.![]()