Səfərbərlik və Hərbi Xidmətə Çağırış üzrə Dövlət Xidmətinin rəisi, general-mayor Mürsəl İbrahimov Qəbələdə 26 vətəndaşı qəbul edib.
Shimal.News xəbər verir ki, qəbulda şəhid ailəsinin üzvü və 5 müharibə iştirakçısı da iştirak edib.
Müraciət edənlərdən 1-i şəhid ailəsinin üzvü, 5-i isə müharibə iştirakçısı olub. Vətəndaşlar həqiqi hərbi xidmətə və ya Dövlət Xidmətində işə qəbul, veteranlıq və digər məsələlərlə bağlı müraciətlərini çatdırıblar.
Görüşdə Qəbələ, Oğuz, Şəki, Qax, Zaqatala və Balakən şəhər və rayonlarından olan sakinlər iştirak ediblər.
Mürsəl İbrahimov hər bir müraciəti dinləyib, qaldırılan məsələlərin araşdırılması və qanunvericiliyin tələblərinə uyğun qısa müddətdə həlli üçün müvafiq tapşırıqlar verib.
Müraciətlərin bir qismi yerindəcə həll olunub, digər məsələlər nəzarətə götürülüb. Dövlət Xidmətinin səlahiyyətlərinə aid olmayan müraciətlər isə aidiyyəti qurumlara yönləndirilib.