"Şəki" basketbol komandasının yeni baş məşqçisi müəyyənləşib.
Bu barədə bölgə təmsilçisi məlumat yayıb.
Ceyhun Həsənli Azərbaycan Basketbol Liqası 2-də çıxış edəcək komanda ilə anlaşıb.
Qeyd edək ki, Şəki basketbolunun yetirməsi olan C.Həsənli ötən mövsüm "Şəki"də türkiyəli baş məşqçi Bedri Meriçin köməkçisi olub.