Pedaqoji fəaliyyətə görə təhsil işçilərinə mükafat təqdim olunub.
Shimal.News xəbər verir ki, Şabran şəhəri Məmmədağa Nəzirov adına 4 nömrəli tam orta məktəbin Azərbaycan dili və ədəbiyyat müəllimi Səfura Əliyeva "Qabaqcıl təhsil işçisi" döş nişanına layiq görülüb.
"Örnək müəllim" kimi tanınan pedaqoq Elm və təhsil naziri tərəfindən təltif olunub. Onun pedaqoji fəaliyyəti və təhsil sahəsindəki xidmətləri dövlət tərəfindən yüksək qiymətləndirilib.
Qeyd edək ki, Səfura Əliyeva 2023-cü ildə də Müəllimlər Günü münasibətilə Fəxri Fərmanla təltif edilib. O, müxtəlif illərdə Quba-Xaçmaz Regional Təhsil İdarəsinin fəxri fərmanlarına da layiq görülüb.