Bakı–Şamaxı–Yevlax yolunda baş verən qəzada bir sərnişin hadisə yerində həyatını itirib.
Hadisə avtomobil yolunun 107-ci kilometrliyində qeydə alınıb.
Hərəkətdə olan mikroavtobusun sürücüsü idarəetməni itirib. Nəticədə nəqliyyat vasitəsi yoldan çıxaraq aşıb.
Qəza zamanı daha bir nəfərin xəsarət aldığı bildirilir.
Faktla bağlı araşdırma aparılır.
Mənbə: AZƏRTAC