Azərbaycana gələn xarici turistlərin kirayə evlərdə keçirdikləri gecələmələrin sayına görə Bakı, Abşeron və Sumqayıt istisna olmaqla, Qusar rayonu liderdir. Quba və Qəbələ rayonları da bu göstərici üzrə ilk üçlükdə qərarlaşıb.
2026-cı ilin yanvar–sentyabr ayları üzrə hesabatına əsasən, ölkəyə gələn xarici turistlərin kirayə götürülmüş evlərdə keçirdikləri gecələmələrin ümumi sayı 859,4 min təşkil edib.
Bunun 651,3 min gecəsi Bakıda qeydə alınıb. Paytaxtla yanaşı, Abşeron rayonu və Sumqayıt şəhəri də istisna edildikdə digər rayon və şəhərlərdə kirayə evlərdə ümumilikdə 161,1 min gecələmə baş tutub.
Ən yüksək göstərici Qusar rayonuna məxsusdur. Burada xarici turistlərin kirayə evlərdə keçirdikləri gecələrin sayı 34 228 olub. İkinci yerdə 25 958 gecələmə ilə Quba, üçüncü yerdə isə 21 802 gecələmə ilə Qəbələ qərarlaşıb.
Xarici turistlərin kirayə evlərdə ən çox gecələdiyi rayon və şəhərlərin TOP-10 siyahısı:
Beləliklə, Bakı, Abşeron və Sumqayıt istisna olmaqla, kirayə evlərdə qeydə alınmış gecələmələrin 50,9%-i Qusar, Quba və Qəbələ rayonlarının payına düşüb. İlk onluğun ümumi payı isə 86,8% təşkil edib.
Bununla belə, rayonlar üzrə bütün turist gecələmələrində kirayə evlərin payına baxdıqda fərqli mənzərə yaranır.
Bu göstərici üzrə İsmayıllı rayonu 18,1%-lə fərqlənir. Xaçmazda xarici turistlərin ümumi gecələmələrinin 14,3%-i, Qubada 13,7%-i, Qusarda 11,7%-i, Qəbələdə isə 10,4%-i kirayə götürülmüş evlərin payına düşüb.
Naftalanda bu göstərici 7,6%, Şəkidə isə 5,3% təşkil edib.
Mənbə: Banker.az