top
Şimal və 6 Noyabr Azərbaycan Televiziyası və Radiosu Günü
Bu gün, 11:20
- ↺ +

Şimal və 6 Noyabr Azərbaycan Televiziyası və Radiosu Günü

Xəbərlərimizi Google-da izləyin
Yeniliklərdən dərhal xəbərdar olun
Abunə ol

Noyabrın 6-sı Azərbaycanda Televiziya və Radio İşçilərinin Peşə Bayramı Günü kimi qeyd olunur.

Shimal.News məlumat verir ki, Şimal rayonlarını əhatə edən radio-rele xətti və bölgələrdə yayım infrastrukturunun inkişafı diqqət çəkir.

1926-cı ilin bu günündə ölkədə ilk radio verilişi yayımlanıb və efirdən "Danışır Bakı" sözləri səsləndirilib.

Şimal bölgələri ilə bağlı teleradio infrastrukturunun inkişafında mühüm mərhələlərdən biri 2019-cu ildə başa çatdırılan radio-rele xəttinin rəqəmsallaşdırılması olub. "Radio-Televiziya Yayımı və Peyk Rabitəsi" İstehsalat Birliyi Fatmayı–Sumqayıt–Xızı–Dağbilici (Şabran)–Yergüc–Quba istiqamətində 185 kilometr uzunluğunda radio-rele xəttini rəqəmsal sistemə keçirərək istismara verib.

Bu xətt dövlət, ictimai, özəl və regional radio-televiziya proqramlarının bölgələrdəki yayım stansiyalarına çatdırılması üçün istifadə olunur.

Qeyd edək ki, Azərbaycanda televiziya yayımı 1956-cı il fevralın 14-də Bakı Televiziya Studiyasının efirə çıxması ilə başlayıb. İlk verilişdə ekranda Nəcibə Məlikova görünüb və "Göstərir Bakı" sözləri ilə tamaşaçıları salamlayıb.

Sonrakı illərdə yayım infrastrukturu ölkənin müxtəlif bölgələrini əhatə edib. 1961-ci ildə Gəncə, Göyçay və Şuşada güclü televiziya stansiyaları, 1962-ci ildə isə Naxçıvanda kiçik güclü televiziya stansiyası və studiya qurulub.

2016-cı il dekabrın 20-də ölkə ərazisində analoq televiziya yayımı tam dayandırılıb və rəqəmsal yayıma keçid başa çatdırılıb.

Son xəbərlər

Hadisə
Bu gün, 11:02

Oğuzda usta iş başında öldü

İdman
Bu gün, 10:11

Xaçmazlı güləşçi Qazaxıstandan qızıl medalla qayıdır

Cəmiyyət
Bu gün, 09:34

Şimala qar yağdı

Cəmiyyət
Bu gün, 00:01

Vətən müharibəsinin 41-ci günü: XRONİKA

Cəmiyyət
Dünən, 18:10

Xaçmazda bayram konserti keçiriləcək

Cəmiyyət
Dünən, 17:26

Samur-Yalama Milli Parkının yaranmasından 14 il ötür

İdman
Dünən, 16:51

"Qəbələ" yeni forması ilə meydana çıxacaq

Cəmiyyət
Dünən, 16:43

Prezident şimallı jurnalistləri təltif etdi

İqtisadiyyat
Dünən, 15:41

Qubada sakinlərin müraciətləri əsasında aidiyyəti qurumlara tapşırıqlar verilib

Cəmiyyət
Dünən, 15:37

Qusarda Zəfər Günü ərəfəsində 3800 ağac əkilib

İdman
Dünən, 14:14

Ceyhun Həsənli baş məşqçi təyin edildi

Cəmiyyət
Dünən, 13:41

Tacikistandan Şəkiyə uzanan həyat yolu: 40-dan çox ölkədən turist cəlb edir

İqtisadiyyat
Dünən, 13:00

Əməkhaqqı və məzuniyyət qaydaları dəyişə bilər

Cəmiyyət
Dünən, 12:24

Siyəzəndə kənd sakinləri özləri stadion tikirlər - VIDEO

Hadisə
Dünən, 11:25

Polad Həşimovun anasının vəziyyəti açıqlandı

Hadisə
Dünən, 10:25

İsmayıllıda piyada "avtomobili vurub" - VİDEO

Hadisə
Dünən, 10:00

Qaxda avtomobil aşdı, xəsarət alan var

Cəmiyyət
Dünən, 09:32

Oğuzda məktəblilər arasında idman yarışları keçirilib - FOTO

İdman
Dünən, 09:20

"Qəbələ-2" səfərdə 7 qol vurdu

Cəmiyyət
Dünən, 09:00

Şorsu kəndində qaz olmayacaq

Cəmiyyət
Dünən, 00:01

Vətən müharibəsinin 40-cı günü - XRONİKA

İqtisadiyyat
04 noyabr 2026, 18:10

Zaqatala maşın bazarında durğunluq: "4 min manata maşın tapa bilmədi"

Cəmiyyət
04 noyabr 2026, 17:32

Küləklə bağlı xəbərdarlığı verilib

Oxşar xəbərlər