top
Gübrə bahalaşır: fermerləri və ərzaq bazarını hansı risklər gözləyir?
Bu gün, 17:59
- ↺ +

Gübrə bahalaşır: fermerləri və ərzaq bazarını hansı risklər gözləyir?

Xəbərlərimizi Google-da izləyin
Yeniliklərdən dərhal xəbərdar olun
Abunə ol

Gübrələrin qiymətindəki artım kənd təsərrüfatı istehsalının maya dəyərini yüksəldir. Fermerlərin xərcləri azaltmaq üçün gübrədən daha az istifadə etməsi isə məhsuldarlığa və ərzaq təklifinə mənfi təsir göstərə bilər.

Dünyada davam edən müharibələr və təchizat zəncirində yaranan problemlər qlobal gübrə bazarında qiymət artımına səbəb olub. Xüsusilə Azərbaycanın əsas ticarət tərəfdaşlarının yerləşdiyi regionlarda baş verən qarşıdurmalar bu sahəyə də təsir göstərir.

Nəticədə idxal olunan bəzi gübrələrin qiyməti son dövrdə 25-35 faiz artıb. Bahalaşma fermerlərin istehsal xərclərini də artırır.

Kənd təsərrüfatı üzrə mütəxəssis Vahid Məhərrəmli bildirib ki, gübrələrin bahalaşması fermerlərin onlardan daha az istifadə etməsinə səbəb olur. Bu isə birbaşa məhsuldarlığa təsir göstərir.

Onun sözlərinə görə, əvvəllər Rusiyadan gətirilən azot gübrəsinin bir tonu 31 manata satılırdısa, hazırda qiymət 43 manata yüksəlib. Yerli istehsal olan karbamidin qiymətində də artım qeydə alınıb.

Mütəxəssis hesab edir ki, fermerlər artan xərclərə baxmayaraq, gübrədən istifadədən imtina etməməlidirlər:

"Əslində, indi baha da olsa, gübrəni alıb məhsuldarlığı artırmalıdırlar. Onlar qazanclarını yalnız məhsuldarlığın artırılması hesabına artıra bilərlər".

Vahid Məhərrəmlinin fikrincə, gübrələrin bahalaşması taxılçılıq, tərəvəzçilik və meyvəçilik də daxil olmaqla, kənd təsərrüfatının müxtəlif sahələrinə mənfi təsir göstərə bilər.

Gübrə xərclərinin artması istehsalın maya dəyərini yüksəldə, fermerlərin ondan istifadəsini azaltması isə məhsulun həcmi və keyfiyyəti ilə bağlı risklər yarada bilər. Bu prosesin ərzaq bazarına təsiri isə kənd təsərrüfatı istehsalının növbəti mərhələlərində daha aydın görünə bilər. Mənbə: Baku TV

Son xəbərlər

İqtisadiyyat
Bu gün, 17:43

Qəbələnin iqtisadiyyatında musiqi alətləri istehsalının da yer aldığını bilirdinizmi?

Cəmiyyət
Bu gün, 16:27

Qubanın Çinarlı kəndində yük maşınları sakinləri narahat edir

Cəmiyyət
Bu gün, 16:06

Şimalda evi isitmək neçəyə başa gəlir? - SHİMAL.NEWS-un ARAŞDIRMASI

Cəmiyyət
Bu gün, 15:51

Səfura Əliyeva "Qabaqcıl təhsil işçisi" döş nişanına layiq görülüb

Hadisə
Bu gün, 14:19

Bakı-Şamaxı yolunda qəza: ölən və yaralanan var

Cəmiyyət
Bu gün, 13:00

Qarın hündürlüyü 5 santimetrə çatıb - Şimalda faktiki hava

Cəmiyyət
Bu gün, 12:08

Qaxda qatı duman və yağış müşahidə olunur - VİDEO

İqtisadiyyat
Bu gün, 11:30

Turizm biznesi üçün əlavə vergi güzəştləri təklif olunur

Cəmiyyət
Bu gün, 10:31

Qaxda Zəfər Günündə konsert və atəşfəşanlıq olacaq

Cəmiyyət
Bu gün, 10:07

Yalançı "İsmayıllı şoru" aşkarlandı – Müəssisənin fəaliyyəti dayandırıldı

Cəmiyyət
Bu gün, 09:40

Qubada Səməd Vurğunun 120 illiyi qeyd olunub - FOTO

Cəmiyyət
Bu gün, 09:07

"Onların Mehdisi, bizim Mixaylomuz" - Oğuz və İsmayıllıda çəkilişi aparılan film

Bütün xəbərlər
Bu gün, 00:01

Vətən müharibəsinin 42-ci günü – XRONİKA

İqtisadiyyat
Dünən, 17:12

Şimalda sertifikatlı toxum satışına başlanılır

İqtisadiyyat
Dünən, 16:39

Süd məhsullarına yeni etiket tətbiq edilir – Fermerlər üçün dəyişəcək?

İqtisadiyyat
Dünən, 16:23

Kiçik sahibkarları 5 illik vergi güzəşti gözləyir – 10 min nəfər faydalana bilər

Kriminal
Dünən, 16:13

Qusarda kişi mərhum qardaşının arvadını evdən qovmaq istədi

İqtisadiyyat
Dünən, 15:58

Turistlər Şimalı seçir, Qusar liderdir - STATİSTİKA

İqtisadiyyat
Dünən, 15:14

Regionlarda hotellər üçün əmlak vergisi güzəştinin müddəti uzadılır

İqtisadiyyat
Dünən, 15:13

Baytarlıq ekspertizası üçün dövlət rüsumu 2 dəfə azaldılır

Cəmiyyət
Dünən, 14:50

Qəbələdə 26 vətəndaşın müraciəti dinlənilib

Hadisə
Dünən, 14:30

Şəkidə iki maşın toqquşdu, xəsarət alanlar var

Cəmiyyət
Dünən, 14:04

Şəki xəstəxanasına baş həkim təyin olundu

Oxşar xəbərlər