Qaxın Sarıbaş kəndində, Şəki, Qusar, Xaçmaz və digər rayonlarda yağıntı qeydə alınıb, bəzi ərazilərdə görünüş məsafəsi 500 metrədək azalıb.
Shimal.News xəbər verir ki, bu barədə Milli Hidrometeorologiya Xidmətinin noyabrın 7-si saat 11:00-a olan məlumatında bildirilib.
Hazırda yüksək dağlıq ərazilərdə qar yağır. Qrız və Şahdağda qar örtüyünün hündürlüyü 5 santimetrə çatıb.
Şimal bölgəsində ən çox yağıntı Xızıda qeydə alınıb – 7 mm. Şamaxıda 6, Qaxın Sarıbaş kəndində, Şəkinin Kişçay ərazisində, Quba və İsmayıllıda 2 mm, Balakən, Xaçmaz, Qusar, Oğuz, Zaqatala və Şabranda isə 1 mm yağıntı düşüb.
Qeyd edək ki, noyabrın 6-da Şahdağda şimal-qərb küləyinin maksimal sürəti saniyədə 20 metrədək güclənib.