Qubanın Çinarlı kəndinin sakinləri yük maşınlarının kəndin daxilində hərəkətindən narazıdırlar.
Shimal.News-a danışan vətəndaşlar bildiriblər ki, ağırtonnajlı nəqliyyat vasitələrinin kənddaxili yollardan hərəkət etməsindən təngə gəliblər və alternativ yolun çəkilməsini istəyirlər.
Sakinlər bəzi sürücülərin nəqliyyat vasitələrini ehtiyatsız idarə etdiyini, bunun isə piyadalar və digər hərəkət iştirakçıları üçün təhlükə yaratdığını bildirirlər.
Kənd əhalisi yük maşınlarının yaşayış məntəqəsindən yan keçməsi üçün alternativ yolun çəkilməsini təklif edirlər. Onların fikrincə, bu, həm kənddaxili hərəkətin təhlükəsizliyini artırar, həm də sakinlərin narahatlığını azaldar.
Şikayətçilər aidiyyəti dövlət qurumlarını məsələyə müdaxilə etməyə və problemin həlli üçün tədbir görməyə çağırırlar.