AFFA İntizam Komitəsinin iclası keçirilib.
AFFA İntizam Komitəsinin iclasında aşağıdakı qərarlar qəbul edilib:
05.11.2026-cı il tarixində I Liqanın VII turu çərçivəsində keçirilən "Zaqatala" – MOİK oyununda xərəkdaşıyanlar olmadığına görə "Zaqatala" komandası 600 manat cərimə edilsin (maddə 59.1).
28.10.2026-cı il tarixində AFFA Gənclər Liqasında keçirilən Qəbələ İK – Neftçi PFK oyununda Qəbələ İK komandasının 7 nömrəli futbolçusu Hüseyn Xasməmmədli 71-ci dəqiqədə hakimi təhqir etdiyinə görə qırmızı vərəqə alaraq meydandan kənarlaşdırıldığı üçün növbəti 5 (beş) oyuna buraxılmasın (maddə 52.4).
Həmin oyunun 71-ci dəqiqəsində Qəbələ İK komandasının 18 nömrəli futbolçusu Allahverdi Şirinov qeyri-idman hərəkətinə görə ikinci sarı vərəqə alaraq meydandan kənarlaşdırıldığı üçün növbəti 1 (bir) oyuna buraxılmasın (maddə 17.5).
Qəbələ İK komandasının rəsmisi Şəhriyar Kərimli də həmin oyunun 71-ci dəqiqəsində hakimi təhqir etdiyinə görə qırmızı vərəqə alaraq texniki zonadan kənarlaşdırıldığı üçün növbəti 5 (beş) oyuna buraxılmasın (maddə 52.4).