Sabah Qax şəhərində 8 Noyabr – Zəfər Gününün 6-cı ildönümünə həsr olunmuş təntənəli konsert proqramı təşkil ediləcək.
Shimal.News xəbər verir ki, Bayraq meydanında keçiriləcək bayram proqramı saat 17:00-da başlayacaq.
Konsert proqramında Xalq artistləri Samir Cəfərov və Aygün Bayramova, Əməkdar artistlər Teymur Əmrah, Ramil Qasımov və Könül Kərimova, həmçinin Sahib İbrahimov, Mehin Hümbətova və Aydın Sani iştirak edəcəklər.
Musiqi nömrələri və səhnə çıxışları ilə davam edəcək bayram tədbirinin sonunda atəşfəşanlıq təşkil olunacaq.
Hava şəraiti ilə bağlı tədbirin keçiriləcək məkanda dəyişiklik ola bilər.![]()