Turizm sektoru üçün bu il 2 mühüm yenilik olacaq.
Bunu Dövlət Vergi Xidmətinin rəisi Orxan Nəzərli Milli Məclisin İqtisadi siyasət, sənaye və sahibkarlıq komitəsinin iclasında deyib.
"Sektorun vergi dəstəklənməsinin davam etdirilməsi məqsədilə regionlarda hotel fəaliyyətində istifadə edilən daşınmaz əmlaklara görə əmlak vergisi üzrə güzəştinin müddətinin uzadılması nəzərdə tutulur. Həmçinin bu sektorda fəaliyyət göstərən müəssisələr üçün xarici turistlərə xidmətlər üzrə gəlir və mənfəət vergisindən azadetmənin tətbiqi təklif edilib", - deyə Orxan Nəzərli əlavə edib.
Mənbə: Azərtac