top
Qusarda kişi mərhum qardaşının arvadını evdən qovmaq istədi
Bu gün, 16:13
- ↺ +

Qusarda kişi mərhum qardaşının arvadını evdən qovmaq istədi

Xəbərlərimizi Google-da izləyin
Yeniliklərdən dərhal xəbərdar olun
Abunə ol

Qusar rayonunda 68 yaşlı kişi qardaşının həyat yoldaşına xəsarət yetirməkdə ittiham olunub.

1958-ci il təvəllüdlü Şirvan mərhum qardaşının həyat yoldaşı Mədinəyə (adlar şərtidir – red.) yaşadıqları evdə xəsarət yetirib. O, qadını əvvəlcə itələyib, daha sonra saçından dartıb.

Şirvan barəsində Cinayət Məcəlləsinin 128-ci (qəsdən sağlamlığa yüngül zərər vurma) maddəsi ilə ittiham irəli sürülüb.

Məhkəmədə ifadə verən Şirvan özünü təqsirli bilməyib. O bildirib ki, zərərçəkmiş Mədinə onun mərhum qardaşı Əlinin həyat yoldaşıdır.

Təqsirləndirilən şəxsin sözlərinə görə, hadisə günü bacı və qardaşlarından aldığı etibarnamə əsasında reyestr xidmətinin əməkdaşı ilə birlikdə kənddə yerləşən ata evinin plan və ölçülərini müəyyənləşdirmək üçün həmin ünvana gəlib. O, həyətin darvazasını bir neçə dəfə döysə də, qapını açan olmayıb.

Şirvan ifadəsində hadisəni belə təsvir edib:

"Qonşunun həyətindəki çəpərdən keçərək həyətə daxil oldum və darvazanı açdım. Həmin vaxt reyestr xidmətinin əməkdaşı çöldə dayanmışdı. Yanımızda olan digər şəxs isə taksi sürücüsü idi və o da bizi çöldə gözləyirdi. Mən birinci mərtəbədəki qapını döydüm. İkinci mərtəbədən çıxan Mədinə məni görüb qışqırmağa başladı. "Sən kimsən, bura gəlirsən, sənin nə ixtiyarın var?", - deyərək mübahisə etdi. Mədinəyə ata evimə gəldiyimi, çıxarışın alınması üçün reyestr xidmətinin əməkdaşının ölçülər götürməli olduğunu bildirdim. Mədinə buna mane oldu, məni itələyərək darvazadan çölə çıxardı. Reyestr xidmətinin əməkdaşı isə belə mübahisəli məsələ olduğu halda onu nə üçün çağırdığımı soruşdu".

Təqsirləndirilən şəxs qeyd edib ki, bundan sonra Mədinənin atası Xəlil də hadisə yerinə gəlib və ona "bunlar sənə baha başa gələcək" deyib.

"Öz ata evimə gəldiyimi, hansı səbəbdən içəri buraxılmadığımı soruşdum. Onlar isə cavab vermədilər. Mən zərərçəkmiş şəxsi vurmamışam, ona xəsarət yetirməmişəm", – deyə Şirvan bildirib.

Zərərçəkmiş Mədinə isə ifadəsində Şirvanın mərhum həyat yoldaşı Əlinin doğma qardaşı olduğunu deyib. O bildirib ki, Şirvan onların yaşadığı evə əvvəllər gəlib-getməyib və qadın onu ümumiyyətlə tanımayıb.

Mədinənin sözlərinə görə, hadisə günü saat 12:00 radələrində qızı ilə birlikdə evin ikinci mərtəbəsində olarkən giriş qapısının açıldığını eşidib. Evə oğru girdiyini düşünərək qapıya yaxınlaşdığını deyən zərərçəkmiş hadisəni belə xatırlayıb:

"Zalda qarşımda sonradan adının Şirvan olduğunu öyrəndiyim şəxsi, onun arxasında isə tanımadığım daha iki nəfəri gördüm. Onlardan evə niyə icazəsiz daxil olduqlarını, necə girdiklərini və nə istədiklərini soruşdum. Şirvan mənə "Çıx çölə, cəhənnəm ol, bu ev mənimdir" dedi. Telefonu götürərək Daxili İşlər Nazirliyinin 102 xidmətinə məlumat vermək istəyəndə Şirvan hər iki əli ilə məni tutaraq divara çırpdı. Başım divara dəydi. Özümü çox pis hiss edərək yerə yıxıldım. Həmin vaxt Şirvan əlləri ilə saçımdan tutub dartdı və məni pilləkəndən aşağı itələmək istədi. Mən ona müqavimət göstərdim, özümü ondan qorumaq üçün itələdim. Onun yanında olan digər iki nəfər də qaçaraq çölə çıxdı".

Qusar Rayon Məhkəməsinin hökmü ilə Şirvana 2.000 manat məbləğində cərimə cəzası təyin edilib. Lakin barəsində amnistiya aktı tətbiq olunduğundan o, cəzadan azad edilib.

Mənbə: Demokrat.az

Son xəbərlər

İqtisadiyyat
Bu gün, 17:12

Şimalda sertifikatlı toxum satışına başlanılır

İqtisadiyyat
Bu gün, 16:39

Süd məhsullarına yeni etiket tətbiq edilir – Fermerlər üçün dəyişəcək?

İqtisadiyyat
Bu gün, 16:23

Kiçik sahibkarları 5 illik vergi güzəşti gözləyir – 10 min nəfər faydalana bilər

İqtisadiyyat
Bu gün, 15:58

Turistlər Şimalı seçir, Qusar liderdir - STATİSTİKA

İqtisadiyyat
Bu gün, 15:14

Regionlarda hotellər üçün əmlak vergisi güzəştinin müddəti uzadılır

İqtisadiyyat
Bu gün, 15:13

Baytarlıq ekspertizası üçün dövlət rüsumu 2 dəfə azaldılır

Cəmiyyət
Bu gün, 14:50

Qəbələdə 26 vətəndaşın müraciəti dinlənilib

Hadisə
Bu gün, 14:30

Şəkidə iki maşın toqquşdu, xəsarət alanlar var

Cəmiyyət
Bu gün, 14:04

Şəki xəstəxanasına baş həkim təyin olundu

Cəmiyyət
Bu gün, 13:47

Bayram günləri üçün Bakı-Qəbələ qatarının qrafiki açıqlandı

İdman
Bu gün, 13:14

"Zaqatala" 600 manat cərimələndi

Cəmiyyət
Bu gün, 12:18

Xaçmazda yeni körpünün inşası davam etdirilir

Cəmiyyət
Bu gün, 11:40

Şimal və 6 Noyabr Azərbaycan Televiziyası və Radiosu Günü

Hadisə
Bu gün, 11:02

Oğuzda usta iş başında öldü

İdman
Bu gün, 10:11

Xaçmazlı güləşçi Qazaxıstandan qızıl medalla qayıdır

Cəmiyyət
Bu gün, 09:34

Şimala qar yağdı

Cəmiyyət
Bu gün, 00:01

Vətən müharibəsinin 41-ci günü: XRONİKA

Cəmiyyət
Dünən, 18:10

Xaçmazda bayram konserti keçiriləcək

Cəmiyyət
Dünən, 17:26

Samur-Yalama Milli Parkının yaranmasından 14 il ötür

İdman
Dünən, 16:51

"Qəbələ" yeni forması ilə meydana çıxacaq

Cəmiyyət
Dünən, 16:43

Prezident şimallı jurnalistləri təltif etdi

İqtisadiyyat
Dünən, 15:41

Qubada sakinlərin müraciətləri əsasında aidiyyəti qurumlara tapşırıqlar verilib

Cəmiyyət
Dünən, 15:37

Qusarda Zəfər Günü ərəfəsində 3800 ağac əkilib

Oxşar xəbərlər