top
Azərbaycanın bölgələrində bir günlük istirahət neçəyə başa gəlir? – Qiymətlər
07 fevral 2026, 11:34
- ↺ +

Azərbaycanın bölgələrində bir günlük istirahət neçəyə başa gəlir? – Qiymətlər

Xəbərlərimizi Google-da izləyin
Yeniliklərdən dərhal xəbərdar olun
Abunə ol

Son illərdə Azərbaycanda qış turizmi sürətlə inkişaf edən və turistlərin maraq göstərdiyi əsas səyahət və istirahət sahələrindən birinə çevrilib. Qış mövsümündə yerli və xarici turist axını mehmanxana infrastrukturuna olan tələbatı əhəmiyyətli dərəcədə artırır.

Trend.az-ın məlumatına görə, turizm eksperti Ceyhun Aşurov bildirib ki, 2025-ci ili təxminən 2 faiz geriləmə ilə baş verib.

Onun sözlərinə görə, turistlər hazırda daha çox qış turizm infrastrukturu olan Quba, Qusar və Qəbələ istiqamətlərinə səfər edirlər.

"Bu bölgələrdəki beşulduzlu hotellərdə bir gecəlik qalmaq haqqı 200–300 manat, fərdi evlərin bir günlüyü 50 manatdan 150 manatadək, villalarda isə qiymətlər 100–500 manat aralığında dəyişir. Təbii ki, həftəsonları və bayram günləri bu qiymətlərə təsir göstərir. Bu bölgələrlə yanaşı, Lənkəran, İsmayıllı, Gəncə və Naftalan istiqamətlərinə də turist axını müşahidə olunur. Həmin bölgələrdə hotellərin və mənzillərin günlük istifadə haqqı nisbətən aşağıdır", – deyə C.Aşurov əlavə edib.

Turizm eksperti Əziz Şiriyev isə bildirib ki, regionlarda qış aylarında istirahət edənlərin bir qismi beşulduzlu hotellərə, digər qismi isə müalicəvi istirahət mərkəzlərinə üstünlük verir. Hazırda Qalaaltı kurortu təmirdə olduğundan turistlər daha çox Lənkəran istiqamətinə üz tuturlar. Hotellərdə qismən durğunluq müşahidə edildiyi üçün müxtəlif endirim kampaniyaları təklif olunur.

Ə.Şiriyev qeyd edib ki, turizm baxımından Qəbələ və Qusar istiqamətləri hazırda xüsusilə populyardır:

"Qusarda Şahdağ Turizm Kompleksi, Qəbələdə isə Tufandağ Turizm Kompleksi xizək mərkəzləri və kanat xətləri ilə turistlərin diqqətini cəlb edir".

Mütəxəssislərin fikrincə, qış turizminə marağın artması regionlarda yerləşmə xidmətləri bazarında rəqabəti gücləndirir və qiymətlərin mövsümə uyğun formalaşmasına səbəb olur. Gözləntilərə görə, qarşıdakı aylarda daxili turizm axınının davam etməsi bu sahədə aktivliyi qoruyub saxlayacaq.

Son xəbərlər

Cəmiyyət
Bu gün, 00:01

Vətən müharibəsinin 36-cı günü: XRONİKA

Hadisə
Dünən, 20:38

Anbardar iş adamını aldatdı - 1 milyon manatlıq dələduzluq

Cəmiyyət
Dünən, 19:38

Qusarlı şagird beynəlxalq yarışmada qızıl medal qazandı

Cəmiyyət
Dünən, 18:36

Şəhidlərin xatirəsinə minlərlə addım: Şəhid nəvəsi Qubadadır

Hadisə
Dünən, 18:00

İsmayıllıda oğul içkili atasını öldürdü

Cəmiyyət
Dünən, 17:20

MKA "Apple" cihazlarında təhlükəsizlik boşluğu ilə bağlı istifadəçilərə növbəti dəfə xəbərdarlıq edib

İdman
Dünən, 16:30

Zaqatalalı idmançı ikiqat Avropa çempionu oldu

Cəmiyyət
Dünən, 15:37

Palçığa batan kənd: Bu yoldan kim keçə bilər?

Cəmiyyət
Dünən, 14:45

Zaqatalada qaz olmayacaq

Hadisə
Dünən, 14:00

Şəkidə icra nümayəndəsi bələdiyyə sədrinin başına butulka çırpdı

Cəmiyyət
Dünən, 13:06

Qubanın məşhur alması təhlükədə: Fermerlər minlərlə manat zərərdədir

Cəmiyyət
Dünən, 12:38

Qubada bu məktəb və bağçaların adları dəyişdirilib

Hadisə
Dünən, 11:41

Bakı-Quba yolunda ağır qəza: avtomobil aşdı

Cəmiyyət
Dünən, 11:01

Şahdağa qar yağıb

Cəmiyyət
Dünən, 10:25

SHXÇDX rəisi Qəbələdə vətəndaşları qəbul edəcək

İdman
Dünən, 09:31

"Qəbələ" "Qarabağ"la üz-üzə gələcək

Hadisə
Dünən, 00:01

Vətən müharibəsinin 35-ci günü: XRONİKA

İqtisadiyyat
30 oktyabr 2026, 17:51

Qəbələ və Ağsuda iri su layihələri həyata keçirilir - FOTO

Faydalı
30 oktyabr 2026, 17:47

Dövlətdən dəstək alan Vətən müharibəsi iştirakçısı Qubada biznesini genişləndirib

Bütün xəbərlər
30 oktyabr 2026, 16:53

Şəkidə avtomobil aşdı

Cəmiyyət
30 oktyabr 2026, 16:20

"Shimal.News" yazdı, qurumlar hərəkətə keçdi

Faydalı
30 oktyabr 2026, 15:21

Bakı-Balakən qatarı BU TARİXDƏN yenidən fəaliyyətə başlayır

Kriminal
30 oktyabr 2026, 14:21

Qaxda silsilə oğurluq edən şəxs tutulub

Cəmiyyət
30 oktyabr 2026, 14:00

Noyabrda Şimalın havası necə olacaq?

Cəmiyyət
30 oktyabr 2026, 13:00

Qurumlar susdu, Qubada sakinlər yararsız yolu öz hesablarına təmir etdilər

Cəmiyyət
30 oktyabr 2026, 12:12

Şimalın bu rayonlarında istilik mövsümü başlayır - Siyahı

Kriminal
30 oktyabr 2026, 11:08

Tibbi müayinə avtobus sürücüsünü İFŞA ETDİ

Hadisə
30 oktyabr 2026, 10:46

Uşaqlı ailə Quba-Xaçmaz yolunda qəzaya düşüb

Oxşar xəbərlər