Qəbələ rayonunda Tikanlı-Bum avtomobil yolunun kənarında yaranan antisanitar vəziyyət aradan qaldırılıb.
Problem Shimal.News tərəfindən işıqlandırıldıqdan sonra polisin müşayiəti ilə aidiyyəti qurumlar tərəfindən ərazidə təmizlik işləri aparılıb.
Qəbələ Rayon İcra Hakimiyyətindən bildirilib ki, tullantılar rayona gələn yerli və xarici turistlər tərəfindən atılıb. Hazırda ərazi Bum qəsəbə Bələdiyyəsi tərəfindən təmizlənib və nəzarətə götürülüb.
Xatırladaq ki, sakinlər Tikanlı-Bum yolunun kənarında tullantıların çoxalması, pis qoxu və antisanitar vəziyyət yaranması ilə bağlı Shimal.News-a müraciət etmişdilər.