Qusar rayonunun Yasab kənd sakini Elşad Rəşad oğlu Ağayev beynəlxalq ingilis dili yarışmasında qızıl medala layiq görülüb.
Shimal.News xəbər verir ki, o, 2026-cı il oktyabrın 25-də keçirilən USE English beynəlxalq ingilis dili yarışmasının ilkin mərhələsində uğur qazanıb.
Elşad Ağayev 150 mümkün baldan 124 bal toplayaraq qızıl medal əldə edib.
Məlumata görə, onun iştirak etdiyi kateqoriya üzrə 200 şagird biliklərini sınayıb. Onlardan yalnız 5 faizi qızıl medal qazanıb. Elşadın valideyninin sözlərinə görə, şagird əldə etdiyi nəticə ilə kateqoriya üzrə ən yüksək nəticə göstərən 10 iştirakçıdan biri olub.