top
Dövlətdən dəstək alan Vətən müharibəsi iştirakçısı Qubada biznesini genişləndirib
Bu gün, 17:47
- ↺ +

Dövlətdən dəstək alan Vətən müharibəsi iştirakçısı Qubada biznesini genişləndirib

Xəbərlərimizi Google-da izləyin
Yeniliklərdən dərhal xəbərdar olun
Abunə ol

Quba rayonundan olan Vətən müharibəsi iştirakçısı Mirzəağa Mirzəyevə Dövlət Məşğulluq Agentliyinin "Səyyar Kofe Evləri – Regionlarda" layihəsi çərçivəsində 2025-ci ilin iyul ayında kofe aparatı təqdim edilib. Bu dəstək onun sahibkarlıq fəaliyyətinə başlamasına və yeni iş yerləri açmasına şərait yaradıb.

Hazırda Mirzəağa Mirzəyevin kofe məkanı Azərbaycan Dövlət Pedaqoji Universitetinin Quba rayonunda yerləşən filialının yaxınlığında fəaliyyət göstərir. Müştərilərinin əksəriyyətini isə tələbələr təşkil edir. Burada kofenin qiyməti 50 qəpikdən 4 manat 50 qəpiyədək dəyişir.

Tələbələrin kofeyə marağı, eləcə də rayon sakinləri arasında bu məhsulun istehlakının artması Mirzəağa Mirzəyevin fəaliyyətinə müsbət təsir göstərib. O, Dövlət Məşğulluq Agentliyinin "Peşəfest" layihəsində də bir neçə dəfə iştirak edərək təcrübəsini artırıb.

Fəaliyyətinə marağın artdığını və müştəri tələbatının yüksəldiyini görən müharibə iştirakçısı öz vəsaiti hesabına əlavə kofe aparatı alaraq, bu il daha bir məkan da açıb. Beləliklə, dövlət dəstəyi ilə başladığı kiçik biznesini genişləndirməyə nail olub.

Qeyd edək ki, 2001-ci il təvəllüdlü Mirzəağa Mirzəyev "Qubadlının azad olunmasına görə", "Laçının azad olunmasına görə", "Cəbrayılın azad olunmasına görə" və "Şuşanın azad olunmasına görə" medalları ilə təltif edilib.

Xatırladaq ki, Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin bu ilin sentyabr ayında açıqladığı məlumata əsasən, tarixi Zəfər əldə etdiyimiz Vətən müharibəsindən sonrakı dövrdə nazirliyin tabeliyində Dövlət Məşğulluq Agentliyi şəhid ailəsi üzvü və müharibə iştirakçısı olan 30 min 700 şəxsin məşğulluğuna dəstək göstərib. Onlardan 13 min 700 şəxs özünüməşğulluq proqramına cəlb edilərək, agentlik tərəfindən mal və materiallar formasında aktivlərlə təmin olunub və verilmiş aktivlər hesabına kiçik bizneslərini qurublar. Digərləri münasib işlərlə təmin edilib, habelə əmək bazarının tələblərinə uyğun peşələr üzrə hazırlıq kurslarına cəlb olunublar. Kursları bitirən şəxslərin məşğulluğunun təminatı həyata keçirilib.

Mənbə: Azərtac

Son xəbərlər

İqtisadiyyat
Bu gün, 17:51

Qəbələ və Ağsuda iri su layihələri həyata keçirilir - FOTO

Bütün xəbərlər
Bu gün, 16:53

Şəkidə avtomobil aşdı

Cəmiyyət
Bu gün, 16:20

"Shimal.News" yazdı, qurumlar hərəkətə keçdi

Faydalı
Bu gün, 15:21

Bakı-Balakən qatarı BU TARİXDƏN yenidən fəaliyyətə başlayır

Kriminal
Bu gün, 14:21

Qaxda silsilə oğurluq edən şəxs tutulub

Cəmiyyət
Bu gün, 14:00

Noyabrda Şimalın havası necə olacaq?

Cəmiyyət
Bu gün, 13:00

Qurumlar susdu, Qubada sakinlər yararsız yolu öz hesablarına təmir etdilər

Cəmiyyət
Bu gün, 12:12

Şimalın bu rayonlarında istilik mövsümü başlayır - Siyahı

Kriminal
Bu gün, 11:08

Tibbi müayinə avtobus sürücüsünü İFŞA ETDİ

Hadisə
Bu gün, 10:46

Uşaqlı ailə Quba-Xaçmaz yolunda qəzaya düşüb

İqtisadiyyat
Bu gün, 10:30

Şimal bölgəsində hotellərin doluluğu azalıb – RƏQƏMLƏR

Cəmiyyət
Bu gün, 09:46

Şahdağa qar yağıb - FAKTİKİ HAVA

Faydalı
Bu gün, 09:28

25 milyon illik təbii tarixinin nadir izləri - VİDEO

Hadisə
Bu gün, 00:01

Vətən müharibəsinin 34-cü günü: XRONİKA

Hadisə
Dünən, 18:00

Siyəzəndə sosial yardım üstündə dava: Qayınata kürəkənini bellə vurdu

Cəmiyyət
Dünən, 17:00

Quba Regional Reklam İdarəsinə yeni rəis təyin edildi

Hadisə
Dünən, 16:04

Siyəzəndə 11-ci sinif şagirdi motosiklet qəzasında öldü

Cəmiyyət
Dünən, 15:19

Şəkidə sahibsiz itlər və pişiklər zəhərlə öldürülür - İDDİA

Cəmiyyət
Dünən, 14:59

Balakəndə daha iki qədim məbədin qalıqları aşkarlanıb

Hadisə
Dünən, 14:17

"Xəzər" çay evinin fəaliyyəti dayandırılıb

Cəmiyyət
Dünən, 13:30

Turistlərin axın etdiyi Basqalda bankomat və aptek yoxdur

Hadisə
Dünən, 12:55

Quba RMX-da tibbi arayış qalmaqalı: 8 nəfər işdən çıxarıldı, 4 nəfərə töhmət verildi

Bütün xəbərlər
Dünən, 11:41

Qubada kişi "sərxoş halda maşın sürmə" deyən dostunu bıçaqladı - 6 il cəza

Oxşar xəbərlər