İsmayıllıda 1968-ci il təvəllüdlü atası Bəhlul Təşkilat oğlu Əzizovu bıçaqlayaraq öldürən 32 yaşlı Kənan Əzizovun məhkəmə prosesi başa çatıb.
Şəki Ağır Cinayətlər Məhkəməsində keçirilən prosesdə təqsirləndirilən şəxs barəsində hökm oxunub.
Hökmə əsasən, K. Əzizov 9 il müddətinə azadlıqdan məhrum edilib.
Qeyd edək ki, hadisə atanın evə sərxoş vəziyyətdə gələrək söyüş söyməsi zəminində baş verib. K. Əzizov ifadəsində bildirib ki, atasını sakitləşdirməyə çalışsa da, o, buna əməl etməyib. Nəticədə oğul mətbəx bıçağı ilə atasının boyun və qarın nahiyələrindən xəsarətlər yetirib.
Bəhlul Əzizov xəstəxanaya çatdırılsa da, onun həyatını xilas etmək mümkün olmayıb.
Əməlindən peşman olduğunu bildirən təqsirləndirilən şəxs atasını öldürmək niyyətində olmadığını, həmin vaxt yaranmış vəziyyətə görə bu addımı atdığını deyib.
Mənbə: Xitab24.аz