Zaqatala rayonunun Mosul kəndindən olan İslam Rəhimov cüdo üzrə U-23 Avropa çempionatında qızıl medal qazanıb.
İtaliyanın Neapol şəhərində keçirilən qitə birinciliyində çıxış edən idmançı final görüşündə Niderland təmsilçisi Yoxem van Harteni ipponla məğlub edərək fəxri kürsünün ən yüksək pilləsinə yüksəlib.
Beləliklə, Zaqatalalı cüdoçu karyerasında ikinci dəfə 23 yaşadək idmançılar arasında Avropanın ən güclüsü adını qazanıb.