Əslən Xocalı rayonundan olan şəhid nəvəsi Bəhruz Hümbətov mayın 4-dən başladığı piyada yürüş çərçivəsində Azərbaycanın 63 rayonunda olub. O, bu gün Quba rayonuna çatıb.
Shimal.News xəbər verir ki, Bəhruz Hümbətov yolboyu ziyarət etdiyi rayonlarda şəhidlər xiyabanlarını, şəhidlərin plakatlarını və onların xatirəsinə ucaldılan bulaqları ziyarət edir.
O, bu gün saat 17:00-da Quba Şəhidlər xiyabanını ziyarət edəcək. Daha sonra Qusar şəhərinə yola düşəcək.
Bəhruz Hümbətovun piyada yürüşü yolboyu insanların da marağına səbəb olur. Sakinlər onunla şəkil çəkdirirlər.
Xatırladaq ki, o, 6 avqust 2026-cı il tarixində Oğuz rayonunda olub və yürüşün son dayanacağının Xaçmazın Xudat şəhəri olacağını bildirib. Bəhruz Hümbətovun babası Hümbətov Bəhlul Müseyib oğlu Meşəli kəndi uğrunda gedən döyüşlərdə şəhid olub.