Azərbaycanda 2026-2027-ci illər üzrə istilik mövsümünün başlanma tarixləri açıqlanıb.
Noyabrın 1-dən etibarən ölkənin bəzi şimal rayonlarında yaşayış binalarının və digər obyektlərin istiliklə təminatına başlanılacaq.
Həmin ərazilərdə istilik mövsümü 2027-ci il mayın 1-dək davam edəcək.
İstilik mövsümünə noyabrın 1-də başlayacaq ərazilər bunlardır:
Ağsu, Balakən, Xaçmaz, İsmayıllı, Qax, Qəbələ, Quba, Qusar, Oğuz, Siyəzən, Şamaxı, Şabran, Şəki, Zaqatala
Qeyd edək ki, digər ərazilərdə isə istilik mövsümünə noyabrın 15-də start veriləcək. Bu ərazilərdə istilik təchizatı 2027-ci il aprelin 15-dək davam edəcək.