Quba-Xaçmaz avtomobil yolunda yol-nəqliyyat hadisəsi baş verib.
Shimal.News xəbər verir ki, ilkin məlumata görə, qarşıda hərəkət edən "Lexus" markalı avtomobilin qəfil tormozlaması nəticəsində arxadan gələn "Volkswagen" markalı avtomobil ona çırpılıb.
"Volkswagen" markalı avtomobildə isə zərbənin təsirindən təhlükəsizlik yastıqları açılıb. Avtomobildə sərnişin olan iki uşaq qorxudan şok yaşayıblar.
Hadisə yerinə Dövlət Yol Polisi əməkdaşları cəlb olunub.