Qaraməryəm-İsmayıllı-Şəki magistral yolunun Şəki rayonunun Qırxbulaq kəndi ərazisindən keçən hissəsində yol-nəqliyyat hadisəsi qeydə alınıb.
Shimal.News xəbər verir ki, "Opel" markalı avtomobil idarəetmədən çıxaraq yol kənarına aşıb.
Qəza nəticəsində xəsarət alanların olub-olmaması barədə hələlik məlumat yoxdur.