Səfərbərlik və Hərbi Xidmətə Çağırış üzrə Dövlət Xidmətinin (SHXÇDX) rəisi general-mayor Mürsəl İbrahimov noyabrın 6-da Qəbələdə vətəndaşları qəbul edəcək.
Shimal.News xəbər verir ki, qəbul saat 10:00-da Xidmətin Qəbələ rayon şöbəsinin inzibati binasında keçiriləcək.
Qəbulda Qəbələ, Oğuz, Şəki, Qax, Zaqatala və Balakən şəhər və rayonlarında qeydiyyatda olan vətəndaşlar iştirak edə bilərlər.
Qəbula yazılmaq istəyən şəxslər noyabrın 3-dək SHXÇDX-nin qeyd olunan rayonlar üzrə struktur bölmələrinə və ya [email protected] elektron poçt ünvanına müraciət edərək qeydiyyatdan keçməlidirlər.
Vətəndaşlar qəbul zamanı şəxsiyyətlərini təsdiq edən sənədi də özləri ilə gətirməlidirlər.