Oktyabrın 31-nə olan faktiki hava açıqlanıb.
Milli Hidrometeorologiya Xidmətindən verilən məlumata görə, ölkə ərazisinin əksər şimal rayonlarında arabir yağış yağıb, şimşək çaxıb. Şahdağda isə arabir qar yağıb.
Düşən yağıntının miqdarı Oğuzda 9, Şamaxıda 8, Qəbələdə 7, Şəki, Sarıbaş (Qax), Zaqatalada 3, Xızı, Xınalıq, Qrızda 2, Balakən, İsmayıllıda 1 mm-dək qeydə alınıb.
Balakən, Qax (Sarıbaş), Zaqatala, Qusar, Şəki, Qəbələ, Şamaxıda duman müşahidə olunub, görünüş məsafəsi 500 metrədək məhdudlaşıb.