top
Balakəndə 15 il YAP-a rəhbərlik edən Azad Balayevin həbs olunduğu bildirilir – 10 gün əvvəl vəzifədən getmişdi
Bu gün, 16:15
- ↺ +

Balakəndə 15 il YAP-a rəhbərlik edən Azad Balayevin həbs olunduğu bildirilir – 10 gün əvvəl vəzifədən getmişdi

Xəbərlərimizi Google-da izləyin
Yeniliklərdən dərhal xəbərdar olun
Abunə ol

Yeni Azərbaycan Partiyasının (YAP) Balakən rayon təşkilatının sabiq sədri Azad Balayevin Dövlət Təhlükəsizliyi Xidməti (DTX) tərəfindən həbs olunduğu barədə məlumat yayılıb.

Shimal.News xəbər verir ki, bu barədə oktyabrın 26-da Gununsesi.info nəşri məlumat yayıb.

Nəşrin iddiasına görə, Azad Balayevin həbsi Balakən Rayon İcra Hakimiyyətinin sabiq başçısı İslam Rzayevin cinayət işi üzrə üzə çıxan yeni faktlarla əlaqədardır.

Hələlik DTX tərəfindən Azad Balayevin həbsi ilə bağlı ayrıca rəsmi məlumat açıqlanmayıb. Onun hansı maddələrlə ittiham olunduğu və barəsində məhkəmə qərarının qəbul edilib-edilmədiyi də məlum deyil.

Həbs xəbərindən 10 gün əvvəl vəzifədən ayrılıb

Diqqətçəkən məqam odur ki, Azad Balayev cəmi 10 gün əvvəl – oktyabrın 16-da YAP Balakən rayon təşkilatının sədri vəzifəsindən azad edilib.

Bu barədə məlumat Yeni Azərbaycan Partiyasının rəsmi saytında dərc olunub.

Partiyanın İdarə Heyətinin oktyabrın 16-da keçirilmiş iclasında Azad Rizvan oğlu Balayevin öz ərizəsi əsasında vəzifədən azad olunması barədə qərar qəbul edilib.

Lakin onun istefası ilə hazırda yayılan həbs xəbəri arasında hər hansı əlaqənin olub-olmadığı rəsmi mənbələr tərəfindən açıqlanmayıb.

Azad Balayev kimdir?

Azad Balayev uzun illər Balakən rayonunun həm inzibati, həm də siyasi həyatında rəhbər vəzifələr tutub.

Mətbuatda dərc olunmuş bioqrafik məlumatlara əsasən, o, 2007-ci il yanvarın 10-da Balakən Rayon İcra Hakimiyyəti başçısının birinci müavini təyin edilib.

Onun bu vəzifədə çalışması dövlət qurumlarının rəsmi məlumatlarında da əksini tapıb. Belə ki, Elm və Təhsil Nazirliyinin 2018-ci ilə aid xəbərində Azad Balayev Balakən Rayon İcra Hakimiyyəti başçısının birinci müavini kimi təqdim olunur.

2012-ci il yanvarın 7-dən YAP Balakən rayon təşkilatına rəhbərlik etməyə başlayan Balayev 2017-ci ildə təşkilatın XI konfransında yenidən sədr seçilib.

2022-ci ilin yanvarında partiyanın yerli təşkilatlarının rəhbərləri müəyyənləşdirilərkən o, yenidən Balakən rayon təşkilatının sədri vəzifəsinə təyin olunub.

Balayev son illərdə də rayonun siyasi həyatında fəallığını davam etdirib.

Hətta bu il sentyabrın 10-da keçirilmiş YAP Balakən rayon təşkilatının XIII konfransında hesabat məruzəsi ilə çıxış edib. Tədbirdə Balakən Rayon İcra Hakimiyyətinin başçısı Natiq Ağayev və Milli Məclisin deputatı Nəsib Məhəməliyev də iştirak ediblər.

Beləliklə, Balayev 2012-ci ildən 2026-cı ilin oktyabrına qədər, təxminən 15 il ərzində hakim partiyanın Balakəndəki təşkilatına rəhbərlik edib.

Keçmiş icra başçısının işi ilə bağlı nə məlumdur?

Azad Balayevin adının hallandırıldığı cinayət işi Balakən Rayon İcra Hakimiyyətinin sabiq başçısı İslam Rzayevlə bağlıdır.

İslam Rzayev Prezident İlham Əliyevin 30 oktyabr 2025-ci il tarixli sərəncamı ilə vəzifəsindən azad olunub.

Həmin il dekabrın 15-də Dövlət Təhlükəsizliyi Xidməti onun barəsində aparılan cinayət işi ilə bağlı rəsmi məlumat yayıb.

DTX-nin açıqlamasına əsasən, İslam Rzayevin rayon rəhbəri işlədiyi dövrdə dövlət büdcəsindən işsiz və aztəminatlı vətəndaşlar üçün, həmçinin təmir-tikinti və abadlıq işlərinə ayrılmış vəsaitləri mənimsəməsinə, vəzifəli şəxslərdən və iş adamlarından rüşvət almasına əsaslı şübhələr yaranıb.

İslam Rzayevə Cinayət Məcəlləsinin 179.3.2-ci (külli miqdarda mənimsəmə) və 311.3.2-ci (təkrar rüşvət alma) maddələri ilə ittiham irəli sürülüb. Məhkəmənin qərarı ilə onun barəsində həbs qətimkan tədbiri seçilib.

DTX həmin cinayət işi üzrə istintaq tədbirlərinin davam etdirildiyini açıqlayıb.

İndi isə Gununsesi.info-nun məlumatına əsasən, istintaq çərçivəsində YAP-ın Balakən təşkilatının keçmiş rəhbəri Azad Balayev də həbs olunub.

Bununla belə, sabiq icra başçısına irəli sürülmüş ittihamların Azad Balayevə də aid edilib-edilmədiyi məlum deyil.

Məsələ ilə bağlı hüquq-mühafizə orqanlarının rəsmi açıqlaması gözlənilir.

Son xəbərlər

Cəmiyyət
Bu gün, 17:11

Muğanlı–İsmayıllı yolundakı körpüdə tikinti davam edir

Cəmiyyət
Bu gün, 16:26

Şamaxıda qadın özgənin həyətində naməlum əşya basdırmağa çalışıb - İDDİA

Hadisə
Bu gün, 15:28

Quba-Bakı yolunda qoyunları daşıyan yük maşını aşıb

İqtisadiyyat
Bu gün, 15:03

Balakəndə qarğıdalı əkini artıb: Fermerlərin gəliri azalıb

Cəmiyyət
Bu gün, 13:41

Şabranlı qadın 7 aydır çarəsizdir: qurumlar nə deyir?

Cəmiyyət
Bu gün, 12:57

İsmayıllıda adsız küçələr sakinlərə çətinlik yaradır

İdman
Bu gün, 12:14

Qusarın şəhər stadionu su ilə təmin olunacaq - VİDEO

Cəmiyyət
Bu gün, 11:30

Qubada 44 ölkədən gənclərin iştirakı ilə beynəlxalq forum keçirilir

Cəmiyyət
Bu gün, 11:00

Qubanın kəndində işığa həsrət qalan yol

Hadisə
Bu gün, 10:22

Siyəzəndə evdən meyit tapılıb

Cəmiyyət
Bu gün, 09:59

Qəbələdə yerin altından saray tapıldı

Cəmiyyət
Bu gün, 09:07

Şəkidə "Halva, halva deməklə…" adlı intellektual yarış keçirilib

Bütün xəbərlər
Bu gün, 00:01

Vətən müharibəsinin 30-cu günü – XRONİKA

Cəmiyyət
Dünən, 00:05

Bu gün Qubadlı Şəhəri Günüdür

Cəmiyyət
Dünən, 00:01

Vətən müharibəsinin 29-ci günü – XRONİKA

Cəmiyyət
24 oktyabr 2026, 17:32

Şəkidə sakinlər kənd yolunu öz vəsaitləri hesabına abadlaşdırıblar

Cəmiyyət
24 oktyabr 2026, 17:26

Şabranda baxımsız qalan muzeydə dəyişiklik baş verib

Faydalı
24 oktyabr 2026, 15:54

Qubada uşaqlarla həftəsonunu harada keçirmək olar? Valideynlər üçün faydalı bələdçi

İdman
24 oktyabr 2026, 15:31

Qarüstü polo üzrə Dünya Kuboku Qusarda keçiriləcək

Cəmiyyət
24 oktyabr 2026, 14:39

Dolu Zaqatalada meyvələri vurdu

İqtisadiyyat
24 oktyabr 2026, 14:02

Xaçmazda parkda genişmiqyaslı yenidənqurma işləri aparılır

Cəmiyyət
24 oktyabr 2026, 13:36

Qubanın girişində yol səthi sıradan çıxıb - VİDEO

Cəmiyyət
24 oktyabr 2026, 13:00

Ödənişli yolda 2 körpünün 1 təhlükəsi

Oxşar xəbərlər