top
Vətən müharibəsinin 30-cu günü – XRONİKA
Bu gün, 00:01
- ↺ +

Vətən müharibəsinin 30-cu günü – XRONİKA

Xəbərlərimizi Google-da izləyin
Yeniliklərdən dərhal xəbərdar olun
Abunə ol

Azərbaycan Ordusunun sentyabrın 27-də Qarabağda başladığı uğurlu əks-hücum əməliyyatı nəticəsində oktyabrın 26-ı növbəti yaşayış məntəqələri uzun illik işğaldan sonra azad edilib.

Vətən müharibəsinin 30-cu günü Prezident İlham Əliyev "X" (əvvəllər "Twitter") platformasındakı paylaşımında işğaldan azad edilən yaşayış məntəqələrini elan edib: Zəngilan rayonunun Birinci Alıbəyli, İkinci Alıbəyli, Rəbənd, Yenikənd, Cəbrayıl rayonunun Qovşudlu, Sofulu, Dağ Maşanlı, Kürdlər, Hovuslu, Çələbilər; Qubadlı rayonunun Padar, Əfəndilər, Yusifbəyli, Çaytumas, Xanlıq, Sarıyataq, Mollabürhan kəndlərinin və Qubadlı şəhəri.

26 oktyabr 2020-ci ildə Cəbrayıl rayonunun Çələbilər kəndi işğaldan azad edilib.

44 günlük Vətən müharibəsinin 30-cu günü hərbi əməliyyatlar bütün cəbhəboyu davam edib.

Ali Baş Komandan, Prezident İlham Əliyev Qubadlı şəhəri və Qubadlı rayonunun bir neçə kəndinin işğalçılardan azad olunmasında fərqlənmiş hərbi birlik komandirləri Yaşar Həsənovu və Zaur Quliyevi təbrik edib.

Birinci vitse-prezident Mehriban Əliyeva Zəngilan, Cəbrayıl, Qubadlı rayonlarının bir sıra kəndlərinin və Qubadlı şəhərinin işğaldan azad edilməsi ilə əlaqədar rəsmi instaqram səhifəsində paylaşım edib.

Ermənistan-Azərbaycan dövlət sərhədinin Daşkəsən rayonu sahəsində bölmələrimizin mövqeləri üzərində uçuş keçirməyə cəhd göstərən düşmən kvadrokopteri atıcı silahlardan açılan atəşlə məhv edilib.

Ermənistan silahlı qüvvələrinin bölmələri yeni humanitar atəşkəs rejimi qüvvəyə mindikdən bir neçə dəqiqə sonra – saat 08.05-dən etibarən onu kobudcasına pozaraq Tərtər, Ağdam, Ağcabədi, Füzuli, Qubadlı və Laçın istiqamətlərində yerləşən bölmələrimizin mövqelərini və yaşayış məntəqələrimizi, o cümlədən Ermənistanın Berd, Çəmbərək və Vardenis rayonları ərazisindən Tovuz, Gədəbəy və Daşkəsən rayonlarını müxtəlif növ atıcı silahlardan, minaatanlardan və toplardan atəşə tutub. Saat 18:15-də düşmən "Smerç" yaylım atəşli reaktiv sistemindən Tərtər şəhərinə atəş açıb. Ümumilikdə gün ərzində Tərtər də daxil olmaqla, yaşayış məntəqələrimizə 200-dən çox mərmi atılıb. Canlı qüvvə ehtiyatları tükənməkdə olan düşmən döyüşlərə daha çox könüllüləri, muzdlu və əcnəbi terrorçu döyüşçüləri, o cümlədən uşaqları cəlb etməyə çalışıb.

Müdafiə Nazirliyi Qubadlı rayonunun işğaldan azad olunan Padar, Xanlıq kəndlərinin və Qubadlı şəhərinin videogörüntülərini paylaşıb.

Ermənistan silahlı qüvvələrinin yaşayış məntəqələrimizi sentyabrın 27-dən oktyabrın 26-sı saat 12:00-dək ağır artilleriya qurğularından və raket sistemlərindən atəşə tutması nəticəsində 65 mülki şəxs həlak olub, 297 nəfər xəsarət alıb, 2243 ev, 90 çoxmənzilli yaşayış binası və 402 mülki obyekt yararsız vəziyyətə düşüb. Bu barədə Baş Prokurorluq məlumat yayıb.

Kiçik çavuş Rahib Həşimov döyüş tapşırığını layiqincə yerinə yetirərək düşmənin bir neçə artilleriya qurğusunu məhv edilib.

Son xəbərlər

Cəmiyyət
Dünən, 00:05

Bu gün Qubadlı Şəhəri Günüdür

Cəmiyyət
Dünən, 00:01

Vətən müharibəsinin 29-ci günü – XRONİKA

Cəmiyyət
24 oktyabr 2026, 17:32

Şəkidə sakinlər kənd yolunu öz vəsaitləri hesabına abadlaşdırıblar

Cəmiyyət
24 oktyabr 2026, 17:26

Şabranda baxımsız qalan muzeydə dəyişiklik baş verib

Faydalı
24 oktyabr 2026, 15:54

Qubada uşaqlarla həftəsonunu harada keçirmək olar? Valideynlər üçün faydalı bələdçi

İdman
24 oktyabr 2026, 15:31

Qarüstü polo üzrə Dünya Kuboku Qusarda keçiriləcək

Cəmiyyət
24 oktyabr 2026, 14:39

Dolu Zaqatalada meyvələri vurdu

İqtisadiyyat
24 oktyabr 2026, 14:02

Xaçmazda parkda genişmiqyaslı yenidənqurma işləri aparılır

Cəmiyyət
24 oktyabr 2026, 13:36

Qubanın girişində yol səthi sıradan çıxıb - VİDEO

Cəmiyyət
24 oktyabr 2026, 13:00

Ödənişli yolda 2 körpünün 1 təhlükəsi

İdman
24 oktyabr 2026, 12:15

Birinci Liqada 8-ci turun oyun cədvəli açıqlanıb

Cəmiyyət
24 oktyabr 2026, 10:58

Şahdağda qarın hündürlüyü 3 santimetrə çatıb

Hadisə
24 oktyabr 2026, 10:29

Qəbələdə iki avtomobil toqquşub - Xəsarət alanlar var

Cəmiyyət
24 oktyabr 2026, 10:11

Qəbələ, Şamaxı və Xaçmazda ağacların qanunsuz kəsilməsi aşkarlanıb

Kriminal
24 oktyabr 2026, 09:42

Zaqatalada silsilə oğurluq edən şəxs həbs olunub

Cəmiyyət
24 oktyabr 2026, 09:27

Siyəzəndə inanılmaz təbiət hadisəsi: Bir mövsümdə 2,3 milyon quş

İdman
24 oktyabr 2026, 02:07

FIFA Ağsu stadionunun yenidən qurulmasına 275 min dollar ayırıb

Cəmiyyət
24 oktyabr 2026, 00:01

Vətən müharibəsinin 28-ci günü – XRONİKA

Faydalı
23 oktyabr 2026, 21:26

Altıağac Milli Parkında yeni mamır növü tapılıb

İqtisadiyyat
23 oktyabr 2026, 20:46

Şimalda yanacaq qıtlığı yaranıb? - Rəsmi AÇIQLAMA

İqtisadiyyat
23 oktyabr 2026, 19:09

14 icra hakimiyyətində yolların təmirinə ayrılan vəsaitlər araşdırıldı - nöqsanlar tapıldı

Cəmiyyət
23 oktyabr 2026, 17:51

Şimal rayonlarından olan müəllimlər TOP-50-də

İdman
23 oktyabr 2026, 17:12

"Qəbələ" Şamaxıdan 3 xalla qayıdır

Oxşar xəbərlər