top
İsmayıllıda adsız küçələr sakinlərə çətinlik yaradır
Bu gün, 12:57
- ↺ +

İsmayıllıda adsız küçələr sakinlərə çətinlik yaradır

Xəbərlərimizi Google-da izləyin
Yeniliklərdən dərhal xəbərdar olun
Abunə ol

İsmayıllıda bəzi küçələrin rəsmi adının və evlərin nömrələrinin olmaması sakinlərin ünvanlarını müəyyənləşdirməsini çətinləşdirir. Bu, taksi, poçt və təcili tibbi yardım xidmətlərindən istifadə zamanı da problemlər yaradır.

Sakinlər ünvanlarını izah etmək üçün yaxınlıqdakı mağazaları, tanınmış obyektləri və digər nişangahları göstərməyə məcbur olurlar. Bəzən isə sifariş edilən bağlamalar ünvana çatdırılmadan geri qaytarılır.

Vətəndaşlar bildirirlər ki, taksilər və təcili tibbi yardım əməkdaşları da evləri tapmaqda çətinlik çəkirlər. Onlar küçələrə ad verilməsini, evlərin nömrələnməsini istəyirlər. Bəzi sakinlər küçələrə şəhidlərin və Vətən müharibəsi qəhrəmanlarının adlarının verilməsini təklif edirlər.

Memar Cahid Həsənovun sözlərinə görə, küçələrin adlandırılması və adlarının dəyişdirilməsi yerli icra hakimiyyəti orqanlarının səlahiyyətinə daxildir. Bu məqsədlə komissiyalar yaradılır, ərazidəki vəziyyət araşdırılır və sakinlərin rəy və təklifləri nəzərə alınır.

O qeyd edib ki, zamanla genişlənən yaşayış ərazilərində dalanlar böyüyərək küçələrə çevrilə bilər. Belə hallarda onların rəsmi adlandırılması zərurəti yaranır. Memar həmçinin küçə adları ilə bağlı məlumat lövhələrinin və QR kodların yerləşdirilməsini məqsədəuyğun hesab edir.

Millət vəkili Aydın Mirzəzadə isə bildirib ki, yeni küçələrin adlandırılması və reyestrə daxil edilməsi operativ şəkildə həyata keçirilməlidir. Onun sözlərinə görə, bu, sakinlərin mülkiyyət sənədlərini qaydaya salmasına və ünvanlarını rəsmiləşdirməsinə də kömək edər.

Sakinlər problemin həlli üçün aidiyyəti qurumların tədbir görməsini gözləyirlər.
Mənbə: Xəzər TV

Son xəbərlər

Cəmiyyət
Bu gün, 13:41

Şabranlı qadın 7 aydır çarəsizdir: qurumlar nə deyir?

İdman
Bu gün, 12:14

Qusarın şəhər stadionu su ilə təmin olunacaq - VİDEO

Cəmiyyət
Bu gün, 11:30

Qubada 44 ölkədən gənclərin iştirakı ilə beynəlxalq forum keçirilir

Cəmiyyət
Bu gün, 11:00

Qubanın kəndində işığa həsrət qalan yol

Hadisə
Bu gün, 10:22

Siyəzəndə evdən meyit tapılıb

Cəmiyyət
Bu gün, 09:59

Qəbələdə yerin altından saray tapıldı

Cəmiyyət
Bu gün, 09:07

Şəkidə "Halva, halva deməklə…" adlı intellektual yarış keçirilib

Bütün xəbərlər
Bu gün, 00:01

Vətən müharibəsinin 30-cu günü – XRONİKA

Cəmiyyət
Dünən, 00:05

Bu gün Qubadlı Şəhəri Günüdür

Cəmiyyət
Dünən, 00:01

Vətən müharibəsinin 29-ci günü – XRONİKA

Cəmiyyət
24 oktyabr 2026, 17:32

Şəkidə sakinlər kənd yolunu öz vəsaitləri hesabına abadlaşdırıblar

Cəmiyyət
24 oktyabr 2026, 17:26

Şabranda baxımsız qalan muzeydə dəyişiklik baş verib

Faydalı
24 oktyabr 2026, 15:54

Qubada uşaqlarla həftəsonunu harada keçirmək olar? Valideynlər üçün faydalı bələdçi

İdman
24 oktyabr 2026, 15:31

Qarüstü polo üzrə Dünya Kuboku Qusarda keçiriləcək

Cəmiyyət
24 oktyabr 2026, 14:39

Dolu Zaqatalada meyvələri vurdu

İqtisadiyyat
24 oktyabr 2026, 14:02

Xaçmazda parkda genişmiqyaslı yenidənqurma işləri aparılır

Cəmiyyət
24 oktyabr 2026, 13:36

Qubanın girişində yol səthi sıradan çıxıb - VİDEO

Cəmiyyət
24 oktyabr 2026, 13:00

Ödənişli yolda 2 körpünün 1 təhlükəsi

İdman
24 oktyabr 2026, 12:15

Birinci Liqada 8-ci turun oyun cədvəli açıqlanıb

Cəmiyyət
24 oktyabr 2026, 10:58

Şahdağda qarın hündürlüyü 3 santimetrə çatıb

Hadisə
24 oktyabr 2026, 10:29

Qəbələdə iki avtomobil toqquşub - Xəsarət alanlar var

Cəmiyyət
24 oktyabr 2026, 10:11

Qəbələ, Şamaxı və Xaçmazda ağacların qanunsuz kəsilməsi aşkarlanıb

Kriminal
24 oktyabr 2026, 09:42

Zaqatalada silsilə oğurluq edən şəxs həbs olunub

Oxşar xəbərlər