Quba dairəsinin ətrafında, Heydər Əliyev prospektində yaranan çuxurlar sürücülərin hərəkətini çətinləşdirir.
Shimal.News xəbər verir ki, şəhərin girişindəki yolun müxtəlif hissələrində asfalt örtüyü sıradan çıxıb.
Sürücülərin çuxurlardan yayınmaq üçün manevr etməsi isə qəza riskini artırır. Onlar bildirirlər ki, Quba və Qusar istiqamətində hərəkət edən çoxsaylı avtomobillərin istifadə etdiyi bu qovşaqda çuxurlar avtomobillərin texniki vəziyyətinə zərər vurur.