top
Xaçmazlı kişi bir suala görə arvadını döydü
22 oktyabr 2026, 13:14
- ↺ +

Xaçmazlı kişi bir suala görə arvadını döydü

Xəbərlərimizi Google-da izləyin
Yeniliklərdən dərhal xəbərdar olun
Abunə ol

Abşeron rayonunda ər-arvad arasında baş verən mübahisə ilə bağlı cinayət işi açılıb.

Xaçmaz rayon sakini, 1998-ci il təvəllüdlü Sahib (ad şərtidir - red.) ailə münaqişəsi zəminində həyat yoldaşı Xumarla (ad şərtidir - red.) yaşadıqları evdə mübahisə edib.

Belə ki, gecə saatlarında evə gec gələn Sahib həyat yoldaşının iradları ilə qarşılaşıb. Bu zaman tərəflər arasında mübahisə yaranıb. Sahib əsəbiləşərək həyat yoldaşına əl və yumruq zərbələri ilə sifət, baş və bədəninin müxtəlif nahiyələrindən xəsarətlər yetirib.

Sahibə Cinayət Məcəlləsinin 128-ci (qəsdən sağlamlığa yüngül zərər vurma) maddəsi ilə ittiham elan edilib.

İş üzrə ifadə verən Sahib özünü təqsirli bilib. O, Xumarla 2019-cu ildə ailə qurduğunu və birgə nikahdan dörd azyaşlı övladlarının olduğunu bildirib.

"Əvvəllər Xumarla münasibətimiz normal olub. Lakin son zamanlar evə gec gəldiyimə görə Xumar mənə irad bildirdiyindən aramızda ailədaxili sözlü mübahisələr baş verib", - deyə o qeyd edib.

"Mübahisə zamanı əsəbiləşərək Xumarın üzərinə getdim və əl və yumruq zərbələri ilə onun sifətinə, başına, həmçinin bədəninin digər nahiyələrinə vurdum. Sonra gedib yatdım. Daha sonra Xumar barəmdə polisə şikayət etdi", - deyə Sahib ifadəsində göstərib.

Abşeron Rayon Məhkəməsinin hökmü ilə Cinayət Məcəlləsinin 73.2-ci maddəsinə əsasən, Sahib cinayət məsuliyyətindən azad edilib və cinayət işi üzrə icraata xitam verilib.

Mənbə: Demokrat.аz

Son xəbərlər

Hadisə
Bu gün, 11:22

Xaçmazda Vətən müharibəsi iştirakçısı qəzada həlak olub – 4 yaralı var

Cəmiyyət
Bu gün, 10:55

Bəzi şimal rayonlarına qar yağır

Hadisə
Bu gün, 10:05

Xaçmazda ev yandı, 90 yaşlı qadın öldü

Cəmiyyət
Bu gün, 09:44

Balakəndə qaz təminatı dayandırılıb

Hadisə
Bu gün, 09:30

Qəbələdən olan tələbə Bakıda vəfat edib - VİDEO

Cəmiyyət
Bu gün, 09:05

Məktəblərdə payız tətili başlayıb

Hadisə
14 noyabr 2026, 18:00

Zaqatalada şəhid atası vəfat edib

İdman
14 noyabr 2026, 17:00

"Şahdağ Qusar" "Şəfa"ya qalib gəldi

Cəmiyyət
14 noyabr 2026, 16:00

Nə qaz var, nə də odun almağa pul: Kəndlərin qış qayğısı

Hadisə
14 noyabr 2026, 15:13

Zaqatalada iki avtomobil toqquşdu: 33 yaşlı sürücü yaralandı

Hadisə
14 noyabr 2026, 14:25

Qubada qəribə hadisə: Arvadı rayona gedən kişi TikTok-da tanış olduğu qadını evinə gətirdi

Cəmiyyət
14 noyabr 2026, 13:35

Nuh tufanından sonra salınan kənd? Xınalıqla bağlı maraqlı ehtimal

Hadisə
14 noyabr 2026, 12:47

58 min manatlıq mənimsəmə: Şəkidə sabiq bağça müdirinə hökm oxundu

Cəmiyyət
14 noyabr 2026, 11:52

Hərbi hissələrdə görüşə müvəqqəti məhdudiyyət qoyuldu

Cəmiyyət
14 noyabr 2026, 11:10

Vəlvələnin yolları aşsüzənə dönüb: sakinlər çalalar arasında yol axtarır

Cəmiyyət
14 noyabr 2026, 10:25

Qubada və Xaçmazda ağaclar qeydiyyata alındı

Cəmiyyət
14 noyabr 2026, 09:41

Şimallı qəhrəman şəhidlərimizin doğum günüdür

Hadisə
13 noyabr 2026, 22:00

Şamaxıda azyaşlı ağır xəsarət alıb

Cəmiyyət
13 noyabr 2026, 18:00

Qusarda ictimai nəqliyyatın acınacaqlı vəziyyəti: Səhər dolu avtobus, axşam nəqliyyatsız kəndlər

Cəmiyyət
13 noyabr 2026, 17:11

Şimalda güclü külək əsəcək

Cəmiyyət
13 noyabr 2026, 16:19

350 manat yığdılar, çalalar yenə qaldı: şimal rayonlarının yol dərdi

Cəmiyyət
13 noyabr 2026, 15:40

Ağsuda məktəblər təmir gözləyir, kəndlər su: deputat problemləri sadaladı

Hadisə
13 noyabr 2026, 15:00

2 aydan çoxdur həbsdədirlər: Şimali Kiprdəki 3 azərbaycanlının taleyi necə olacaq?

Cəmiyyət
13 noyabr 2026, 14:20

Quba məktəbliləri turnirlərdən medallarla qayıtdılar

Oxşar xəbərlər