Şabranda muzeyin ətrafındakı təhlükəli naqil və armaturlar götürülüb.
Shimal.News saytında yayımlanan materialdan sonra Şabran Tarix-Diyarşünaslıq Muzeyinin ərazisində təhlükəsizliklə bağlı tədbirlər görülüb.
Muzeyin ətrafında açıq vəziyyətdə olan elektrik naqilləri və hasarın dekorativ daş elementlərindən qalan metal armaturlar ərazidən götürülüb.
Açıq havada nümayiş etdirilən tarixi daş eksponatların və köhnəlmiş məlumat lövhələrinin vəziyyəti isə hələ də diqqət tələb edir. Digər nöqsanların da aradan qaldırılması ilə bağlı müvafiq tədbirlərin görüləcəyi arzu olunandır.