Qusar şəhərindəki Şövkət Orduxanov adına stadionun su təminatının yaxşılaşdırılması üçün işlərə başlanılıb.
Shimal.News xəbər verir ki, stadionun ərazisində yeni artezian quyusu qazılır.
Yeni su mənbəyinin meydançanın suvarılmasına və stadionun digər təsərrüfat ehtiyaclarına xidmət edəcəyi bildirilir.