top
Şabranlı qadın 7 aydır çarəsizdir: qurumlar nə deyir?
Video
Bu gün, 13:41
- ↺ +

Şabranlı qadın 7 aydır çarəsizdir: qurumlar nə deyir?

Xəbərlərimizi Google-da izləyin
Yeniliklərdən dərhal xəbərdar olun
Abunə ol

Şabran rayonunun Qazbabalı kəndində sel və torpaq sürüşməsi nəticəsində ciddi zərər görən fərdi yaşayış evinin sahibi kömək gözləyir.

Shimal.News-a danışan ev sahibi Fəridə Zərbalı qızı Mərdanovanın sözlərinə görə, cari il mart ayının 27-28-də yağan güclü leysan yağışlarından sonra baş verən sel və torpaq sürüşməsi evini yararsız vəziyyətə salıb. Yamacdan qopan torpaq kütləsi sel suları ilə birlikdə evə doğru hərəkət edib və yaşayış sahəsini su basıb.

Sakin bildirir ki, hadisə nəticəsində evin bir divarı tamamilə uçub, digər divarları isə qəzalı vəziyyətə düşüb. Hazırda evdə üç azyaşlı uşaq yaşayır. Fəridə Mərdanova özü də səhhətindəki problemlərə görə çətinlik çəkdiyini deyir.

"Yağış yağanda evimə girib-çıxa bilmirəm. Evdə üç balaca uşaq yaşayır. Mənim də müəyyən sağlamlıq problemlərim var. Çarəsiz vəziyyətdə qalmışıq, heç kim bizə kömək etmir", - deyə o bildirib.

Zərərçəkmişin sözlərinə görə, məsələ ilə bağlı aidiyyəti qurumlara müraciət etsə də, indiyədək problemin həlli istiqamətində hər hansı tədbir görülməyib.

Məsələ ilə bağlı Shimal.News-un sorğusuna cavab olaraq Şabran Rayon İcra Hakimiyyətindən bildirilib ki, Fəridə Mərdanovaya məxsus evə Fövqəladə Hallar Nazirliyinin və rayonun müvafiq qurumlarının əməkdaşları tərəfindən baxış keçirilib.

"Hazırda baxışın nəticələri ilə bağlı cavab gözlənilir. Rəsmi cavab daxil olduqdan sonra vətəndaşa məlumat veriləcək".

Fövqəladə Hallar Nazirliyinin Mətbuat Xidmətindən isə bildirilib ki, Nazirlər Kabinetinin müvafiq protokoluna əsasən, quruma qəza vəziyyətinə düşmüş yaşayış obyektlərinə dəymiş ziyanın müəyyənləşdirilməsi və zəruri işlərin həyata keçirilməsi tapşırılıb. Bu səbəbdən müraciətlə bağlı əlavə kömək göstərilməsi mümkün deyil.

 

 

Son xəbərlər

Cəmiyyət
Bu gün, 12:57

İsmayıllıda adsız küçələr sakinlərə çətinlik yaradır

İdman
Bu gün, 12:14

Qusarın şəhər stadionu su ilə təmin olunacaq - VİDEO

Cəmiyyət
Bu gün, 11:30

Qubada 44 ölkədən gənclərin iştirakı ilə beynəlxalq forum keçirilir

Cəmiyyət
Bu gün, 11:00

Qubanın kəndində işığa həsrət qalan yol

Hadisə
Bu gün, 10:22

Siyəzəndə evdən meyit tapılıb

Cəmiyyət
Bu gün, 09:59

Qəbələdə yerin altından saray tapıldı

Cəmiyyət
Bu gün, 09:07

Şəkidə "Halva, halva deməklə…" adlı intellektual yarış keçirilib

Bütün xəbərlər
Bu gün, 00:01

Vətən müharibəsinin 30-cu günü – XRONİKA

Cəmiyyət
Dünən, 00:05

Bu gün Qubadlı Şəhəri Günüdür

Cəmiyyət
Dünən, 00:01

Vətən müharibəsinin 29-ci günü – XRONİKA

Cəmiyyət
24 oktyabr 2026, 17:32

Şəkidə sakinlər kənd yolunu öz vəsaitləri hesabına abadlaşdırıblar

Cəmiyyət
24 oktyabr 2026, 17:26

Şabranda baxımsız qalan muzeydə dəyişiklik baş verib

Faydalı
24 oktyabr 2026, 15:54

Qubada uşaqlarla həftəsonunu harada keçirmək olar? Valideynlər üçün faydalı bələdçi

İdman
24 oktyabr 2026, 15:31

Qarüstü polo üzrə Dünya Kuboku Qusarda keçiriləcək

Cəmiyyət
24 oktyabr 2026, 14:39

Dolu Zaqatalada meyvələri vurdu

İqtisadiyyat
24 oktyabr 2026, 14:02

Xaçmazda parkda genişmiqyaslı yenidənqurma işləri aparılır

Cəmiyyət
24 oktyabr 2026, 13:36

Qubanın girişində yol səthi sıradan çıxıb - VİDEO

Cəmiyyət
24 oktyabr 2026, 13:00

Ödənişli yolda 2 körpünün 1 təhlükəsi

İdman
24 oktyabr 2026, 12:15

Birinci Liqada 8-ci turun oyun cədvəli açıqlanıb

Cəmiyyət
24 oktyabr 2026, 10:58

Şahdağda qarın hündürlüyü 3 santimetrə çatıb

Hadisə
24 oktyabr 2026, 10:29

Qəbələdə iki avtomobil toqquşub - Xəsarət alanlar var

Cəmiyyət
24 oktyabr 2026, 10:11

Qəbələ, Şamaxı və Xaçmazda ağacların qanunsuz kəsilməsi aşkarlanıb

Kriminal
24 oktyabr 2026, 09:42

Zaqatalada silsilə oğurluq edən şəxs həbs olunub

Oxşar xəbərlər