Şamaxıda yaşlı qadın tanımadığı şəxsin həyət sahəsinə daxil olduğu zaman yaxalanıb.
O, əskiyə bükülmüş naməlum əşyanı basdırmağa cəhd edərkən ev sahibi onu görüb.
Yayılan video görüntülərdə qadın həyətə icazəsiz daxil olduğunu və əraziyə müdaxilə etdiyini etiraf edir. O, əşyanın geri qaytarılmasını istəyərək onu başqa yerə qoyacağını bildirir.
İddia olunur ki, bunun sehr-cadu ilə bağlı ola biləcəyi ehtimalı var.
Mənbə: Patrul.az