top
Vətən müharibəsinin 29-ci günü – XRONİKA
Bu gün, 00:01
- ↺ +

Vətən müharibəsinin 29-ci günü – XRONİKA

Xəbərlərimizi Google-da izləyin
Yeniliklərdən dərhal xəbərdar olun
Abunə ol

Azərbaycan Ordusunun sentyabrın 27-də Qarabağda başladığı uğurlu əks-hücum əməliyyatı nəticəsində oktyabrın 25-i növbəti yaşayış məntəqələri uzun illik işğaldan sonra azad edilib.

Vətən müharibəsinin 29-cu günü Prezident İlham Əliyev "X" (əvvəllər "Twitter") platformasındakı paylaşımında işğaldan azad edilən yaşayış məntəqələrini elan edib.

Azad olunan yaşayış məntəqələrinin siyahısı:

Zəngilan rayonu - İkinci Alıbəyli, Rəbənd, Yenikənd;
Cəbrayıl rayonu - Qovşudlu, Sofulu, Dağ Maşanlı, Kürdlər, Hovuslu;
Qubadlı rayonu -  Padar, Əfəndilər, Yusifbəyli, Çaytumas, Xanlıq, Sarıyataq, Mollabürhan, Qubadlı şəhəri.

44 günlük Vətən müharibəsinin 29-cu günü hərbi əməliyyatlar bütün cəbhəboyu davam edib.

Prezidenti İlham Əliyev Amerika Birləşmiş Ştatlarının "Fox News" televiziya kanalına müsahibə verib.
Müdafiə Nazirliyinin məlumatına əsasən, cəbhənin Ağdərə, Xocavənd, Füzuli, Hadrut, Qubadlı və Laçın istiqamətlərində döyüş əməliyyatları müxtəlif intensivliklə davam edib. Azərbaycan Ordusunun bölmələri əməliyyat planına uyğun əsas istiqamətlərdə döyüş fəaliyyətlərini davam etdirərək nəzarətə götürülən əraziləri bir qədər də genişləndirib. Qoşunlarımız cəbhənin Xocavənd, Qubadlı və Laçın rayonları ərazisində düşmənə ciddi zərbə vuraraq onun müqavimətini zəiflədib və müxtəlif istiqamətlərdə yeni mövqelərə irəliləyib. Ermənistan silahlı qüvvələrinin Ağdərə və Xocavənd istiqamətlərində yerləşən bölmələri canlı qüvvə baxımından çoxsaylı itkilərə məruz qalıb. Azərbaycan Ordusu düşmənin 3 tankını, 2 piyada döyüş maşınını, 6 artilleriya qurğusunu, 1 "Qiasint-B" topunu, 2 "Qrad" qurğusunu, 1 komanda idarəetmə məntəqəsini, 9 avtomobil texnikasını və bir neçə atəş nöqtəsini məhv edib.
Müdafiə Nazirliyi Azərbaycan Ordusunun düşmənə qarşı yüksək dəqiqlikli silah növü tətbiq etməsi barədə video paylaşıb.
Müdafiə Nazirliyi Qubadlı, Cəbrayıl və Zəngilan rayonlarının işğaldan azad olunan kəndlərinin videogörüntülərini yayıb.
Düşmənin atəş nöqtələri məhv edilib.
Ermənistan ordusu Goranboyun Meşəli kəndinə qadağan olunmuş raket atıb.
Qubadlı istiqamətində gedən döyüşlərdə Ermənistan silahlı qüvvələrinin bölmələri hücum etməyə cəhd göstəriblər. Bölmələrimiz tərəfindən görülən qəti tədbirlər nəticəsində düşmən 50 nəfərədək canlı qüvvə itirərək geri çəkilməyə məcbur edilib. Nəticədə düşmənin silah-sursatla dolu dörd avtomobil və bir zirehli texnikası ələ keçirilib.
Cəbhənin müxtəlif istiqamətlərində gedən döyüşlərdə düşmənin 6 D-30 və 1 D-1 haubitsa topu, 2 PDM-2 zirehli texnikası, 1 avtomobil texnikası və xeyli sayda döyüş sursatı məhv edilib.

Son xəbərlər

Cəmiyyət
Bu gün, 00:05

Bu gün Qubadlı Şəhəri Günüdür

Cəmiyyət
Dünən, 17:32

Şəkidə sakinlər kənd yolunu öz vəsaitləri hesabına abadlaşdırıblar

Cəmiyyət
Dünən, 17:26

Şabranda baxımsız qalan muzeydə dəyişiklik baş verib

Faydalı
Dünən, 15:54

Qubada uşaqlarla həftəsonunu harada keçirmək olar? Valideynlər üçün faydalı bələdçi

İdman
Dünən, 15:31

Qarüstü polo üzrə Dünya Kuboku Qusarda keçiriləcək

Cəmiyyət
Dünən, 14:39

Dolu Zaqatalada meyvələri vurdu

İqtisadiyyat
Dünən, 14:02

Xaçmazda parkda genişmiqyaslı yenidənqurma işləri aparılır

Cəmiyyət
Dünən, 13:36

Qubanın girişində yol səthi sıradan çıxıb - VİDEO

Cəmiyyət
Dünən, 13:00

Ödənişli yolda 2 körpünün 1 təhlükəsi

İdman
Dünən, 12:15

Birinci Liqada 8-ci turun oyun cədvəli açıqlanıb

Cəmiyyət
Dünən, 10:58

Şahdağda qarın hündürlüyü 3 santimetrə çatıb

Hadisə
Dünən, 10:29

Qəbələdə iki avtomobil toqquşub - Xəsarət alanlar var

Cəmiyyət
Dünən, 10:11

Qəbələ, Şamaxı və Xaçmazda ağacların qanunsuz kəsilməsi aşkarlanıb

Kriminal
Dünən, 09:42

Zaqatalada silsilə oğurluq edən şəxs həbs olunub

Cəmiyyət
Dünən, 09:27

Siyəzəndə inanılmaz təbiət hadisəsi: Bir mövsümdə 2,3 milyon quş

İdman
Dünən, 02:07

FIFA Ağsu stadionunun yenidən qurulmasına 275 min dollar ayırıb

Cəmiyyət
Dünən, 00:01

Vətən müharibəsinin 28-ci günü – XRONİKA

Faydalı
23 oktyabr 2026, 21:26

Altıağac Milli Parkında yeni mamır növü tapılıb

İqtisadiyyat
23 oktyabr 2026, 20:46

Şimalda yanacaq qıtlığı yaranıb? - Rəsmi AÇIQLAMA

İqtisadiyyat
23 oktyabr 2026, 19:09

14 icra hakimiyyətində yolların təmirinə ayrılan vəsaitlər araşdırıldı - nöqsanlar tapıldı

Cəmiyyət
23 oktyabr 2026, 17:51

Şimal rayonlarından olan müəllimlər TOP-50-də

İdman
23 oktyabr 2026, 17:12

"Qəbələ" Şamaxıdan 3 xalla qayıdır

İdman
23 oktyabr 2026, 16:33

"Zəngəzur" "Şəki" ilə oyuna görə cərimələnib

Oxşar xəbərlər