top
Ödənişli yolda 2 körpünün 1 təhlükəsi
Video
Bu gün, 13:00
- ↺ +

Ödənişli yolda 2 körpünün 1 təhlükəsi

Xəbərlərimizi Google-da izləyin
Yeniliklərdən dərhal xəbərdar olun
Abunə ol

Sürücülər Bakı–Quba–Rusiya sərhədi ödənişli yolunun Xaçmaz ərazisindən keçən hissəsindən şikayətçidirlər. Onlar qaranlıqda hərəkətin çətinləşdiyini və qəza riskinin artdığını bildirirlər.

Shimal.News xəbər verir ki, Xaçmaz və Quba istiqamətlərində hərəkəti təmin edən körpüdə, eləcə də ödənişli yolun Xudat–Qusar yolu ilə kəsişməsində yerləşən körpüdə işıqlandırma sistemi bərbad vəziyyətdədir.

Sürücülərin sözlərinə görə, bu vəziyyət illərdir davam edir. Qubadan Xaçmaz istiqamətində hərəkət edən sürücülər bildirirlər ki, körpünün yarısını keçdikdən sonra işıqlar yanmır - yol qaranlığa qərq olur.

Onların iddiasına görə, işıqlandırma sistemi körpü istifadəyə verildikdən sonra bir müddət normal fəaliyyət göstərsə də, sonradan yaranan nasazlıq indiyədək aradan qaldırılmayıb.

Oxşar vəziyyət Xudat–Qusar yolu ilə kəsişmədəki körpüdə də yaşanır. Gecə saatlarında həmin ərazilərdən keçən sürücülər işıqlandırılmayan hissələrdə avtomobillərinin faralarına güvənməli olurlar.

Bu hal görünüş məsafəsini məhdudlaşdırır, xüsusilə yağıntılı və dumanlı havalarda hərəkəti çətinləşdirərək qəza riskini artırır.

Sürücülər aidiyyəti qurumları problemin aradan qaldırılmasına və işıqlandırma sisteminin tam işlək vəziyyətə gətirilməsinə çağırırlar.

Son xəbərlər

İqtisadiyyat
Bu gün, 14:02

Xaçmazda parkda genişmiqyaslı yenidənqurma işləri aparılır

Cəmiyyət
Bu gün, 13:36

Qubanın girişində yol səthi sıradan çıxıb - VİDEO

İdman
Bu gün, 12:15

Birinci Liqada 8-ci turun oyun cədvəli açıqlanıb

Cəmiyyət
Bu gün, 10:58

Şahdağda qarın hündürlüyü 3 santimetrə çatıb

Hadisə
Bu gün, 10:29

Qəbələdə iki avtomobil toqquşub - Xəsarət alanlar var

Cəmiyyət
Bu gün, 10:11

Qəbələ, Şamaxı və Xaçmazda ağacların qanunsuz kəsilməsi aşkarlanıb

Kriminal
Bu gün, 09:42

Zaqatalada silsilə oğurluq edən şəxs həbs olunub

Cəmiyyət
Bu gün, 09:27

Siyəzəndə inanılmaz təbiət hadisəsi: Bir mövsümdə 2,3 milyon quş

İdman
Bu gün, 02:07

FIFA Ağsu stadionunun yenidən qurulmasına 275 min dollar ayırıb

Cəmiyyət
Bu gün, 00:01

Vətən müharibəsinin 28-ci günü – XRONİKA

Faydalı
Dünən, 21:26

Altıağac Milli Parkında yeni mamır növü tapılıb

İqtisadiyyat
Dünən, 20:46

Şimalda yanacaq qıtlığı yaranıb? - Rəsmi AÇIQLAMA

İqtisadiyyat
Dünən, 19:09

14 icra hakimiyyətində yolların təmirinə ayrılan vəsaitlər araşdırıldı - nöqsanlar tapıldı

Cəmiyyət
Dünən, 17:51

Şimal rayonlarından olan müəllimlər TOP-50-də

İdman
Dünən, 17:12

"Qəbələ" Şamaxıdan 3 xalla qayıdır

İdman
Dünən, 16:33

"Zəngəzur" "Şəki" ilə oyuna görə cərimələnib

Kriminal
Dünən, 15:51

Pivə almadı, mübahisə qanlı hücuma çevrildi – Ağsudakı hadisənin detalları

Cəmiyyət
Dünən, 15:34

Kəmaləddin Heydərov Qaxda vətəndaşları qəbul edib

Cəmiyyət
Dünən, 14:26

Dilarə avtomobil ustası olacaq

Cəmiyyət
Dünən, 13:55

Qubada Zəfər bulağına kran quraşdırıldı

Hadisə
Dünən, 13:15

Bakı-Quba yolunda təhlükəli beton maneə götürülüb

İdman
Dünən, 12:20

Qubada futbol akademiyası tikiləcək

Cəmiyyət
Dünən, 11:21

Şimalda yağıntının miqdarı normanı ötüb

Oxşar xəbərlər