Şəkidə keçirilən bilik yarışında müəllimlər, məktəblilər və müxtəlif dövlət və özəl qurumlarında çalışan gənclərdən ibarət komandalar mübarizə aparıblar.
Shimal.News xəbər verir ki, "Halva, halva deməklə…" adlı ilk intellektual quiz yarışı Şəki şəhər Rasim Ocaqov adına Uşaq-Gənclər İnkişaf Mərkəzində təşkil olunub.
Tədbir Şəki-Zaqatala Regional Təhsil İdarəsinin və Elm və Təhsil İşçiləri Həmkarlar İttifaqı Şəki Şəhər Komitəsinin dəstəyi, Təhsil Oyunları Platformasının təşkilatçılığı, "Mide Azərbaycan"ın tərəfdaşlığı ilə keçirilib.
Yarışın nəticələrinə əsasən, müəllimlərdən ibarət "Maestro" komandası birinci, Şəki şəhər 8 nömrəli tam orta məktəbin müəllim və şagirdlərindən ibarət "Ares" komandası ikinci, Şəki şəhər 18 nömrəli tam orta məktəbin "Çələbi Xan" komandası isə üçüncü yeri tutub.
Qalib komandalara diplom və hədiyyələr təqdim olunub.