Şəkinin Orta Zəyzid kəndində yolun vəziyyətini yaxşılaşdırmaq üçün sakinlər təşəbbüs göstərərək birgə iş görüblər.
Shimal.News xəbər verir ki, vətəndaşlar kənd mərkəzindən Alban məbədi istiqamətinə gedən təxminən 200 metrlik məsafədə fərş döşəyiblər.
Vətəndaşlar bu addımla kənddaxili yolun vəziyyətini yaxşılaşdırmağa və həmin istiqamətdə hərəkəti asanlaşdırmağa çalışıblar.
Sakinlərin bu addımı kənddə mövcud yol probleminin həllinə ictimai dəstəyin nümunəsidir.