Quba sakininin idarə etdiyi yük maşını qəzaya düşüb. Nəticədə 30-dan çox qoyun tələf olub.
Shimal.News xəbər verir ki, hadisə Bakı-Quba yolunun Sumqayıt stansiyası yaxınlığında baş verib.
Əldə olunan məlumata görə, sürücü Rauf İsayev Yanvar oğlu Qubanın Qaraçay kəndində yaşayır. O, Xınalıq kəndindəki qoyun sürülərini qışlamaq üçün Hacıqabul rayonuna aparan zaman avtomobilin təkəri partlayıb və nəqliyyat vasitəsi aşıb.