top
Zaqatala Premyer Liqadan imtina edib?
26 mart 2025, 09:34
- ↺ +

"Zaqatala" Premyer Liqadan imtina edib?

Xəbərlərimizi Google-da izləyin
Yeniliklərdən dərhal xəbərdar olun
Abunə ol

Bir müddət öncə "Zaqatala"nın Premyer Liqaya lisenziya almaq üçün AFFA-ya müraciət etməyəcəyi yerli mediada dərc olunub.

Sport1.az-ın məlumatına görə, klubun prezidenti Şaban Şirdanov məsələyə aydınlıq gətirib:

“Zaqatala"nın maliyyə problemlərinə görə Premyer Liqaya lisenziya almaqdan imtina etməsi doğru deyil. Bu, məntiqsizdir. Çünki iddialı klublar bu problemləri aradan qaldırmaq üçün Premyer Liqaya yüksəlmək istəyirlər. Biz də əsas çempionata vəsiqə qazanmaq üçün mübarizəni sonadək aparacağıq”.

Ş.Şirdanov AFFA tərəfindən klubların infrastrukturlarındakı problemləri aradan qaldırılması üçün verilən möhlət haqqında da fikirlərini səsləndirib:

"İl boyu əziyyət çəkən və birinci-ikinci yerləri tutan komandaların Premyer Liqaya yüksəlməsi ədalətlidir. Həmin kollektivlərə uğurlar arzu edirəm. Stadionlar şərtləri ödəməyəcəksə, həmin klublar başqa arenalarda oynayacaqlar. Növbəti ilədək infrastrukturu düzəldəcəklər. "Zaqatala” elitaya yüksələrsə, qazonu dəyişməyə, hətta Premyer Liqaya yüksəlməsək belə, sponsor tapsaq, bu çempionatda da yenilənmiş ot örtüyü ilə oynamağa başlaya bilərik. Bu səbəbdən də, əminliklə deyə bilərik ki, “Zaqatala" digər komandalardan daha öndədir. Digər komandalara infrastrukturlarını qısa müddət ərzində yeniləyə bilməyəcəkləri üçün onlara bu möhlət verilir. Amma bizdə belə bir problem olmayacaq”.

Klub rəhbəri "Zaqatala"nın I Liqada ilk "3-lük"də yer alması üçün sonadək mübarizə aparacağını da bildirdi:

“Ən böyük hədəfimiz Zaqatalada futbol ənənəsini yaşatmaqdır. Çünki şəhərin sakinlərinin bu idman növünə olan sevgisi böyükdür. Əsas hədəfimiz böyük futbolu Zaqatalada yaşatmaqdır. Təbii ki, Premyer Liqada çıxış etsək, bunları həyata keçirmək daha rahat olar. Biz isə bunu həm rəhbərlik, həm də kollektiv halında etməliyik. “Qəbələ” ilə oyundan sonra komandamız sübut etdi ki, I Liqada bizim qalib gəlməyəcəyimiz rəqib yoxdur. Sonunadək mübarizə aparacağıq. Futbol Zaqatalanın mənəvi dəyərlərindən biridir”.

Son xəbərlər

Bütün xəbərlər
Bu gün, 00:05

Bu gün 8 Noyabr - Zəfər Günüdür!

Bütün xəbərlər
Bu gün, 00:01

Vətən müharibəsinin 43-cü günü – XRONİKA

İqtisadiyyat
Dünən, 17:59

Gübrə bahalaşır: fermerləri və ərzaq bazarını hansı risklər gözləyir?

İqtisadiyyat
Dünən, 17:43

Qəbələnin iqtisadiyyatında musiqi alətləri istehsalının da yer aldığını bilirdinizmi?

Cəmiyyət
Dünən, 16:27

Qubanın Çinarlı kəndində yük maşınları sakinləri narahat edir

Cəmiyyət
Dünən, 16:06

Şimalda evi isitmək neçəyə başa gəlir? - SHİMAL.NEWS-un ARAŞDIRMASI

Cəmiyyət
Dünən, 15:51

Səfura Əliyeva "Qabaqcıl təhsil işçisi" döş nişanına layiq görülüb

Hadisə
Dünən, 14:19

Bakı-Şamaxı yolunda qəza: ölən və yaralanan var

Cəmiyyət
Dünən, 13:00

Qarın hündürlüyü 5 santimetrə çatıb - Şimalda faktiki hava

Cəmiyyət
Dünən, 12:08

Qaxda qatı duman və yağış müşahidə olunur - VİDEO

İqtisadiyyat
Dünən, 11:30

Turizm biznesi üçün əlavə vergi güzəştləri təklif olunur

Cəmiyyət
Dünən, 10:31

Qaxda Zəfər Günündə konsert və atəşfəşanlıq olacaq

Cəmiyyət
Dünən, 10:07

Yalançı "İsmayıllı şoru" aşkarlandı – Müəssisənin fəaliyyəti dayandırıldı

Cəmiyyət
Dünən, 09:40

Qubada Səməd Vurğunun 120 illiyi qeyd olunub - FOTO

Cəmiyyət
Dünən, 09:07

"Onların Mehdisi, bizim Mixaylomuz" - Oğuz və İsmayıllıda çəkilişi aparılan film

Bütün xəbərlər
Dünən, 00:01

Vətən müharibəsinin 42-ci günü – XRONİKA

İqtisadiyyat
06 noyabr 2026, 17:12

Şimalda sertifikatlı toxum satışına başlanılır

İqtisadiyyat
06 noyabr 2026, 16:39

Süd məhsullarına yeni etiket tətbiq edilir – Fermerlər üçün dəyişəcək?

İqtisadiyyat
06 noyabr 2026, 16:23

Kiçik sahibkarları 5 illik vergi güzəşti gözləyir – 10 min nəfər faydalana bilər

Kriminal
06 noyabr 2026, 16:13

Qusarda kişi mərhum qardaşının arvadını evdən qovmaq istədi

İqtisadiyyat
06 noyabr 2026, 15:58

Turistlər Şimalı seçir, Qusar liderdir - STATİSTİKA

İqtisadiyyat
06 noyabr 2026, 15:14

Regionlarda hotellər üçün əmlak vergisi güzəştinin müddəti uzadılır

İqtisadiyyat
06 noyabr 2026, 15:13

Baytarlıq ekspertizası üçün dövlət rüsumu 2 dəfə azaldılır

Cəmiyyət
06 noyabr 2026, 14:50

Qəbələdə 26 vətəndaşın müraciəti dinlənilib

Oxşar xəbərlər