27 sentyabr 2020-ci ildə Dəmir Yumruq əməliyyatı ilə başlayan və 44 gün davam edən Vətən müharibəsi nəticəsində işğal altında olan torpaqlarımız düşmən tapdağından azad edilib.
Azərbaycan Ordusunun qazandığı qələbələr, xüsusilə Şuşanın işğaldan azad edilməsi müharibənin taleyində həlledici rol oynayıb. Bu qələbə Ermənistanın məğlubiyyətini etiraf etməsi və kapitulyasiyası ilə nəticələnib.
Prezident İlham Əliyevin 2020-ci il 3 dekabr tarixli Sərəncamı ilə bu misilsiz qələbənin əbədiləşdirilməsi məqsədilə hər il noyabrın 8-nin Azərbaycan Respublikasında Zəfər Günü kimi təntənəli şəkildə qeyd olunması qərara alınıb.
Eyni zamanda, 8 noyabr tarixi Şuşa Şəhəri Günü kimi də qeyd olunur. Bu gün xalqımız üçün həm Zəfərimizin, həm də qədim Şuşamızın azadlığının rəmzidir.
Vətən uğrunda canlarından keçmiş şəhidlərimizə Allahdan rəhmət diləyir, qazilərimizə can sağlığı arzulayırıq!
Zəfərin mübarək, Azərbaycan!