"Qəbələ" İdman Klubunun MMA döyüşçüsü Vüqar Kərəmovu Yaponiyada coşqu ilə qarşılayıblar.
Shimal.News xəbər verir ki, "Vugi" azərkeşlərin qaşısına çıxdıqda onlar hisslərini cilovluya bilməyiblər:
“İrəli Azərbaycan!”, - sözləri ucadan eşidilib.
Bu gün Vüqar Kərəmovu Yaponiyada kəmər döyüşü gözləyir. Onun rəqibi Roberto Satoşi olacaq.
Məlumat üçün bildirək ki, Xaçmazda dünyaya gələn Vüqar Kərəmov peşəkar MMA döyüşçüsü, uşu sandaçı, 4 qat dünya, 3 qat Avropa, 8 qat respublika çempionudur. Dünya Kubokunun sahibi olan idman ustası 2017-ci ildə baş tutan IV İslam Həmrəyliyi Oyunlarının gümüş medalçısıdır.