Tacikistanın paytaxtı Düşənbədə keçirilən Böyük Dəbilqə turnirində Azərbaycan cüdoçusu Balabəy Ağayev qızıl medal qazanıb.
Shimal.News xəbər verir ki, 60 kq çəki dərəcəsində çıxış edən idmançı finalda tacik rəqibinə ipponla qalib gəlib.
Qeyd edək ki, 1998-ci il təvəllüdlü Balabəy Ağayev Xızının Fındığan kəndindəndir.

