top
Xaçmazın futbol komandasında yenilik - Qadın məşqçi
07 may 2025, 09:38
- ↺ +

Xaçmazın futbol komandasında yenilik - Qadın məşqçi

Xəbərlərimizi Google-da izləyin
Yeniliklərdən dərhal xəbərdar olun
Abunə ol

Xaçmazın “Şimal” futbol komandası Azərbaycan 2-ci Liqasında uğurla çıxış edərək, sona 3 tur qalmış bürünc medalları təmin edib. Bununla da klub növbəti mövsümdə 1-ci Liqada iştirak hüququ qazanıb. Yeni liqanın hazırlıqlarına başlayan “Şimal” məşqçilər korpusunu da gücləndirib. Baş məşqçi postuna bir vaxtlar “Bakılı”, “Karvan”, “Xəzər-Lənkəran”, “Qarabağ” klublarında oynayan, həmçinin Azərbaycan milli komandasının heyətində çıxış etmiş Zaur Ramazanov təyin edilib. Digər diqqətçəkən təyinat isə əsas komandanın qapıçılarla işləyən məşqçisi ilə bağlıdır. Belə ki, Azərbaycanda ilk dəfə kişilərdən ibarət futbol komandasına qadın məşqçi təyinatı reallaşıb. “Şimal” komandasında bu vəzifə 28 yaşlı gənc mütəxəssis Zülfiyyə Bayramovaya həvalə olunub.

Zülfiyyə Bayramova “Şimal” komandasına məşqçi kimi təyinatı ilə bağlı AZƏRTAC-ın bölgə müxbirinə müsahibəsində bildirib ki, 2018-ci ildən “C” kateqoriya məşqçilik sertifikatına sahibdir. O, AFFA tərəfindən keçirilən məşqçilik təlimlərinə qatılaraq, bu kateqoriyanı əldə edib.

“On üç ildən çoxdur müxtəlif komandaların heyətində futbol oynayıram. Qapıçı mövqeyində çıxış edirəm. Bununla yanaşı məşqçilik kurslarını da bitirmişəm. Bundan əvvəl uşaq komandalarında məşqçilik təcrübəm var. Doğma rayonumuzu təmsil edən “Şimal” futbol klubundan əsas komandanın qapıçılarla işləyən məşqçisi olmaq təklifi gəldi. Bu komanda mənə yad deyil. Klubun məşqçilər heyətində mənim futbolçu kimi yetişməyimdə zəhməti olan Fazil Salahov da var. Kluba keçməyimdə onun böyük rolu oldu. Klubla 2025-2026-cı il mövsümünün sonuna kimi müqavilə imzalamışıq. Hazırda “Şimal” 2-ci Liqada son oyunlarını keçirir. Növbəti mövsümdən 1-ci Liqada çıxış edəcəyik. 1-ci Liqaya hazırlıq çərçivəsində komandada aktiv fəaliyyətə başlayacağam. Doğma rayonumuzun komandasına əlimdən gələn köməyi etməyə hazıram”, - deyə Zülfiyyə Bayramova söyləyib.

Zülfiyyə 1997-ci il aprelin 4-də Xaçmazın Arzu kəndində doğulub. Uşaq yaşlarından məhəllədə oğlanlarla futbol oynayıb. 2012-ci ildən Xaçmazda həvəskar səviyyədə klubda çıxış etməyə başlayıb. İstedadlı qolkiper karyerası ərzində “ŞKGB” (Xaçmaz), “Qusar”, “Binə” (Bakı), “Sumqayıt”, “Qəbələ”, “İnter” (Xaçmaz) komandalarının heyətində yer alıb. “Qəbələ” ilə Azərbaycan çempionu və gümüş mükafatçı olub. Ötən ildən “Baku Juniors” qadın futbol komandasının üzvüdür.

Həmsöhbətimiz qadınlardan ibarət Azərbaycan milli komandasının şərəfini də qoruyub. Millidə daha çox ehtiyat qolkiper funksiyasını yerinə yetirən xaçmazlı gənc bir sıra beynəlxalq yarışların da iştirakçısı olub.

“Kişilərdən ibarət komandada işləmək məni qorxutmur. “Aslanın erkəyi, dişisi olmaz” deyiblər. Mən futbolçu karyeramda daim kişi kollektivlərində çalışmışam. Ümidvaram ki, bu təyinat karyeramda yüksəlişə səbəb olacaq”,- deyə Zülfiyyə Bayramova söyləyib.

“Şimal” Futbol Klubunun prezidenti Qılman İbrahimov bildirib ki, hazırda komandanın futbolçu və məşqçi heyəti əsasən region gənclərindən təşkil olunub. “Biz 1-ci Liqaya vəsiqəni təmin etmişik. Komandamızın futbolçu, məşqçi, həmçinin inzibati heyətini gücləndirməliyik. Artıq ilkin təyinatlar var. Zülfiyyə Bayramova bölgədə yaşayan azsaylı futbol mütəxəssislərindəndir. Qadınlardan ibarət milli komandamızın şərəfini qoruyub. Fikirləşirəm ki, onun təcrübəsi komandamıza fayda verəcək. Bizim kollektivimizdə çox gözəl ab-hava hökm sürür. Qadın və ya kişi olmasından asılı olmayaraq, hamıya hörmətlə yanaşılır. Əminəm ki, Azərbaycanda ilk olan bu nümunə həm Zülfiyyə xanıma, həm də klubumuza xeyirli olacaq”, - deyə Qılman İbrahimov söyləyib.

 

 

 

Son xəbərlər

Bütün xəbərlər
Bu gün, 00:05

Bu gün 8 Noyabr - Zəfər Günüdür!

Bütün xəbərlər
Bu gün, 00:01

Vətən müharibəsinin 43-cü günü – XRONİKA

İqtisadiyyat
Dünən, 17:59

Gübrə bahalaşır: fermerləri və ərzaq bazarını hansı risklər gözləyir?

İqtisadiyyat
Dünən, 17:43

Qəbələnin iqtisadiyyatında musiqi alətləri istehsalının da yer aldığını bilirdinizmi?

Cəmiyyət
Dünən, 16:27

Qubanın Çinarlı kəndində yük maşınları sakinləri narahat edir

Cəmiyyət
Dünən, 16:06

Şimalda evi isitmək neçəyə başa gəlir? - SHİMAL.NEWS-un ARAŞDIRMASI

Cəmiyyət
Dünən, 15:51

Səfura Əliyeva "Qabaqcıl təhsil işçisi" döş nişanına layiq görülüb

Hadisə
Dünən, 14:19

Bakı-Şamaxı yolunda qəza: ölən və yaralanan var

Cəmiyyət
Dünən, 13:00

Qarın hündürlüyü 5 santimetrə çatıb - Şimalda faktiki hava

Cəmiyyət
Dünən, 12:08

Qaxda qatı duman və yağış müşahidə olunur - VİDEO

İqtisadiyyat
Dünən, 11:30

Turizm biznesi üçün əlavə vergi güzəştləri təklif olunur

Cəmiyyət
Dünən, 10:31

Qaxda Zəfər Günündə konsert və atəşfəşanlıq olacaq

Cəmiyyət
Dünən, 10:07

Yalançı "İsmayıllı şoru" aşkarlandı – Müəssisənin fəaliyyəti dayandırıldı

Cəmiyyət
Dünən, 09:40

Qubada Səməd Vurğunun 120 illiyi qeyd olunub - FOTO

Cəmiyyət
Dünən, 09:07

"Onların Mehdisi, bizim Mixaylomuz" - Oğuz və İsmayıllıda çəkilişi aparılan film

Bütün xəbərlər
Dünən, 00:01

Vətən müharibəsinin 42-ci günü – XRONİKA

İqtisadiyyat
06 noyabr 2026, 17:12

Şimalda sertifikatlı toxum satışına başlanılır

İqtisadiyyat
06 noyabr 2026, 16:39

Süd məhsullarına yeni etiket tətbiq edilir – Fermerlər üçün dəyişəcək?

İqtisadiyyat
06 noyabr 2026, 16:23

Kiçik sahibkarları 5 illik vergi güzəşti gözləyir – 10 min nəfər faydalana bilər

Kriminal
06 noyabr 2026, 16:13

Qusarda kişi mərhum qardaşının arvadını evdən qovmaq istədi

İqtisadiyyat
06 noyabr 2026, 15:58

Turistlər Şimalı seçir, Qusar liderdir - STATİSTİKA

İqtisadiyyat
06 noyabr 2026, 15:14

Regionlarda hotellər üçün əmlak vergisi güzəştinin müddəti uzadılır

İqtisadiyyat
06 noyabr 2026, 15:13

Baytarlıq ekspertizası üçün dövlət rüsumu 2 dəfə azaldılır

Cəmiyyət
06 noyabr 2026, 14:50

Qəbələdə 26 vətəndaşın müraciəti dinlənilib

Oxşar xəbərlər