Xaçmaz rayonunda gimnastların nümunəvi çıxışları keçirilib.
Shimal.News xəbər verir ki, tədbir bir neçə uşaq bağçası və orta ümumtəhsil məktəbində baş tutub.
Azərbaycan Gimnastika Federasiyasının məşqçisi Fatimə Qurbanova və yetirmələri bədii gimnastika elementləri nümayiş etdiriblər. Qız gimnastların çıxışları tamaşaçılar tərəfindən böyük şövq, coşqu və maraqla qarşılanıb.
Tədbirin keçirilməsində məqsəd bədii gimnastika idman növünün rayonda kütləviliyinin artırılmasından, o cümlədən istənilən yaş qrupundan olanların gimnastika ilə məşğul olmalarına təşviq etməkdən ibarət olub.