Xaçmazda uşaq və yeniyetmələrin iştirakı ilə sərbəst güləş idman növü üzrə ustad dərsləri təşkil olunacaq. Bu barədə ShimalNews 27 fevral tarixində Xaçmaz Rayon Gənclər və İdman İdarəsinə istinadən məlumat verir.
Martın 2-si 8 nömrəli tam orta məktəb-liseydə əməkdar məşqçi Ramil Məmmədov tərəfindən dərslər keçiriləcək.
Tədbir Gənclər və İdman İdarəsinin təşkilatçılığı ilə "İdman Həftəsi" çərçivəsində planlaşdırılıb.