Xaçmazda gənclər üçün boks idman növü üzrə tədbir keçirilib. Bu haqda ShimalNews 19 iyul tarixində Gənclər və İdman İdarəsinə (Gİİ) istinadən məlumat verir.
Seminar Xaçmaz şəhər Şəxsiyyətlər Parkında təşkil edilib. Burada Gİİ-nin rəisi Nəcəf Novruzov, Gənclər və İdman sektorunun müdiri Elman Məmmədov və boks üzrə məşqçi Elnur Heydərov iştirak ediblər.
"Boks hamı üçün" adlı master-klasda fəal olan gənclər fəxri fərmanlarla təltif olunublar.