3 iyun - Dünya Velosiped Günü münasibətilə Quba-Xaçmaz Regional Gənclər və İdman İdarəsi (Gİİ) tərəfindən tədbir keçiriləcək. Bu barədə ShimalNews 23 may tarixində məlumat verir.
Xaçmaz rayonu üzrə: Heydər Əliyev Mərkəzindən saat 11:00-da start götürəcək yarış 2 km məsafəni əhatə edəcək.
Qusar rayonu üzrə: Gİİ-nin Qusar rayonu üzrə Gənclər və İdman Sektorunun binasının qarşısından saat 14:00-da start götürəcək yarış 2.7 km məsafəni əhatə edəcək.
Hər kəsin öz velosipedi ilə iştirak edə biləcəyi kütləvi tədbirin təşkilində məqsəd velosiped idman növünün əhali arasında tanıdılması, sağlam həyat tərzinin təbliği və bu nəqliyyat vasitəsindən istifadə etməklə ətraf mühitin qorunmasıdır.